"Agrovita" MMC

Şirkət haqqında:
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Yeni iqtisadi şəraitdə, regional səviyyədə aqrar sahənin məhsuldar inkişafı və səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir.
Aqrar sahənin qarşısında duran mühüm məsələlərdən biri də kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə yanaşı, istehsalın səmərəliliyinin yüksəldilməsidir.
Məhz bu amili nəzərə alaraq “Agrovita” MMC ölkəmizdə kənd təsərrüfatının inkişaf strategiyasına dəstək olmaq məqsədi ilə 2015-ci ildən etibarən fəaliyyətə başlayıb. Toxum, gübrə, bioloji mübarizə məhsulları, pestisidlər və istixana ləvazimatlarının satışı ilə məşğul olan şirkət ölkəmizdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların böyük etibarını qazanıb.
İstehsalın intensivləşdirilməsi və səmərəliliyin artırılması məqsədi ilə Şəmkir, Göyçay, Salyan, Sabirabad, Cəlilabad, Masallı, Bərdə, Quba, Xaçmaz rayonlarında, həmçinin Bakı şəhərinin Qala qəsəbəsində “Agrovita” MMC-nin Sərgi Satış Mağazaları fəaliyyət göstərir.
Əlaqə vasitələri:
Likvidlik Hesabatvermə üzrə Aparıcı mütəxəssis
Öhdəliklər
- Aylıq, rüblük, illik maliyyə hesabatının ( Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat, Aylıq Likvidlik plan hesabatı və s. ) hazırlanması;
- Şirkət rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə hazırlanması;
- Rəhbərlik və digər strukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;
- Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsində iştirak;
- Maliyyə hesabatlığı, büdcələmə və planlama, nəzarətin sistemləşdirilməsi və avtomatlaşdırılması proseslərini aparılmasında iştirak;
Tələblər
- Ali təhsil (İqtisadiyyat/ Maliyyə/ Mühasibatlıq)
- Mühasibatlıq sahəsində 2-3 il iş təcrübəsi
- Əlavə nəaliyyətlər (ACCA (F3) və ya CIMA ( CO1, CO2) ) üstünlükdür;
- SAP bilikləri üstünlükdür
- Komanda ilə işləmə bacarığı
- Ünsiyyət bacarığı
Təminatlar
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük iş qrafiki
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Likvidlik Hesabatvermə üzrə Aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.