"Agrovita" MMC

Şirkət haqqında:
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Yeni iqtisadi şəraitdə, regional səviyyədə aqrar sahənin məhsuldar inkişafı və səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir.
Aqrar sahənin qarşısında duran mühüm məsələlərdən biri də kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə yanaşı, istehsalın səmərəliliyinin yüksəldilməsidir.
Məhz bu amili nəzərə alaraq “Agrovita” MMC ölkəmizdə kənd təsərrüfatının inkişaf strategiyasına dəstək olmaq məqsədi ilə 2015-ci ildən etibarən fəaliyyətə başlayıb. Toxum, gübrə, bioloji mübarizə məhsulları, pestisidlər və istixana ləvazimatlarının satışı ilə məşğul olan şirkət ölkəmizdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların böyük etibarını qazanıb.
İstehsalın intensivləşdirilməsi və səmərəliliyin artırılması məqsədi ilə Şəmkir, Göyçay, Salyan, Sabirabad, Cəlilabad, Masallı, Bərdə, Quba, Xaçmaz rayonlarında, həmçinin Bakı şəhərinin Qala qəsəbəsində “Agrovita” MMC-nin Sərgi Satış Mağazaları fəaliyyət göstərir.
Əlaqə vasitələri:
Data Analitika üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri:
- Müxtəlif mənbələrdən daxil olan məlumatları toplamaq, təhlil etmək və vizuallaşdırmaq;
- Power BI vasitəsilə interaktiv dashboard və hesabatlar hazırlamaq;
- Rəhbərliyin qərarvermə prosesini dəstəkləyəcək analitik modellər və göstəricilər yaratmaq (KPI, ROI, satış trendləri və s.);
- Məlumat keyfiyyətini təmin etmək üçün təmizləmə və strukturlaşdırma işlərini aparmaq (data cleaning, normalization);
- Aylıq, rüblük və kampaniya sonrası performans hesabatlarını təqdim etmək;
Tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə);
- Power BI ilə minimum 2 il təcrübə (dashboard hazırlığı, DAX, Power Query);
- SQL bilikləri və məlumat bazaları ilə işləmə bacarığı;
- Məlumatların təhlili və vizual təqdimatı sahəsində analitik düşüncə qabiliyyəti;
- Excel üzrə yüksək səviyyədə bilik (pivot table, power pivot və s.);
- Azərbaycan dilində sərbəst, ingilis dilində texniki anlayış səviyyəsində bilik (rus dili arzuolunandır);
- Komanda ilə işləmə, vaxtın idarə olunması və detallara diqqət.
İş şəraiti:
- İş günləri: I-V günlər.
- İş saatı: 09:00-18:00.
- VI yarım iş günü
- Rəqabət qabiliyyətli əmək haqqı
Tələblərə cavab verən namizədlər mövzu yerində “Data Analitika üzrə Mütəxəssis” yazaraq, CV-lərini Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərə bilərlər.