PRİME Accessories Mağazalar Şəbəkəsi

Şirkət haqqında:
PRİME Accessories Mağazalar Şəbəkəsi Azərbaycanda 20 ilə yaxındır ki, fəaliyyət göstərir.
Dünya şöhrətli brendlərin Zeppelin, Citizen, Romanson, Seiko, Timex, Hanowa, Casio, Daniel Klein və s. qol saatlarının, Sette gümüş zinyət əşyalarının, brilliant zərgərlik məhsullarının, xanımlar üçün aksessuarların və Guard dəri brendlərinin ölkədə rəsmi satış distributorluyunu həyata keçirir. Şirkət hal-hazırda 18 filialı ilə Bakı, Xirdalan və Sumqayıtda müştərilərinin xidmətindədir.
Bizim komandamıza qoşulmaq istəyənlər üçün pozitiv korporativ mühit, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi, daim inkişaf vəd edirik!
Əlaqə vasitələri:
Müştərilərlə əlaqələr üzrə təmsilçi
25 ildən artıq fəaliyyət göstərən şirkətimizin daha da böyüməsi, karyera yüksəlişləri və yeni komanda yoldaşlarına ehtiyac yaranması səbəbilə CRM şöbəmizə yeni komanda üzvü axtarışındayıq, bizimlə birgə sizlər də dəyər yaratmaq istəyirsinizsə vakansiyaya müraciət edərək siz də Prime ailəsinin bir üzvü ola bilərsiniz!
Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir.
Hansı işləri görəcəksiniz:
- Müştəri kateqoriyalarının yaradılması, onlara uyğun olaraq bonus, kampaniya və xüsusi şərtlərin təklif edilməsi;
- Müştərilərin ad günlərində zənglərin edilməsi, kampaniya və endirim barəsində məlumat verilməsi;
- Müştəri məmnuniyyətinin ölçülməsi, statistik məlumat bazasının toplanılması, onların təhlili və seqmentasiyası istiqamətində mütəmadi işlərin aparılması;
- Müxtəlif parametrlər üzrə müştəri bazasının təhlili və seqmentasiyası;
- Instagram, Facebook və WhatsApp sosial şəbəkəsi üzrə ismarıc və direktlərin cavablandırılması;
- Sosial şəbəkələrdə storilərin paylaşılması;
- Instagram üzrə online satışın mağazaya yönləndirilməsi;
- Instagram üzrə online sifarişin mağazadan çatdırılmasına nəzarət.
Hansı bilik və bacarıqlarınız olmalıdır:
- Komandada işləmə bacarığı;
- Ofis proqramları, xüsusilə Excel bilikləri;
- Sosial şəbəkə istifadəçisi;
- Orfoqrafik və qrammatik yazı normalarını mükəmməl bilmək və tətbiq etmək;
- Səlis nitqə sahib olmaq;
- Rus dili səlis.
Biz sizə nələr təklif edirik:
- 5 günlük iş rejimi;
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi imkanı;
- Mehriban və gənc komanda yoldaşları;
- Əmək haqqı: 600 Azn
- Ünvan: Azure Biznes Mərkəzi
Bizim komandaya necə qoşula bilərsiniz:
Əgər siz də öz potensialınıza güvənir, karyera qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Müştərilərlə əlaqələr üzrə təmsilçi” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərsiniz.