Mazarina Trade Company

Şirkət haqqında:
Mazarina LLC was established in 1998 and had started production and sale of wine and other alcoholic products together with “Ganja Sharab-2” OJSC, the oldest producer in Azerbaijan.
In a short time, the products have become the leader of the Azerbaijani alcoholic beverage market and exported to foreign countries. Then, since 2001, the company has signed contracts with worldwide manufacturers and taken an important place in the Azerbaijan market.
In 2017 the name of “Mazarina” LLC was rebranded to “Mazarina Trade Company” LLC.
Əlaqə vasitələri:
Baş mühasib
Tələblər:
- Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və Audit);
- 3 ildən artıq baş mühasib təcrübəsi;
- Logo Tiger proqramı üzrə biliklər
- İFRS standartları ilə tanış olması vacibdir.
- Peşəkar Mühasib Sertifikatının olması mütləqdir
- Yaş: 27-40
Vəzifə öhdəliklər:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Balans, avans hesabatının aparılmasını təmin etmək;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
- Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
- Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
- Şöbəsinə aid iş bölgüsünun aparılması,tapşırıqların verilməsi və icrasına nəzarət
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq; - İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
İş şəraiti:
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı razılaşdırılacaqdır.
- İş vaxtı: 09:00–dan 18:00 dək;
- İstirahət günləri: Şənbə və Bazar;
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına mövzu hissəsinə “Baş Mühasib” qeyd edərək göndərə bilərlər.