Media Balans

Şirkət haqqında:
Media Balans 2017-ci ildən etibarən effektiv və nəticəyönümlü reklam həlləri təqdim edərək yerli bazarda xüsusi mövqe qazanmışdır. Marketinq və kommunikasiya sahəsində brendlərin tələblərini doğru qarşılamaq və bu sahəyə yeni dəsti-xətt gətirmək əsas prinsiplərimizdən biridir.
Əlaqə vasitələri:
Marketinq üzrə B2B Satış Mütəxəssisi
Vəzifə öhdəlikləri:
- Potensial brendlərin araşdırılması və analizi
- Brendlərlə görüşlərin təşkili və əlaqələrin qurulması
- Agentliyin xidmətləri üzrə təqdimatların hazırlanması və təqdim edilməsi
- Brendlərin ehtiyaclarının təyin olunması və uyğun reklam həllərinin təklifi
- Müştəri bazasının idarə olunması və satış prosesinin izlənməsi
- Aylıq fəaliyyət və satış hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim olunması
Namizədə tələblər:
- Yaş həddi: 25–40
- Ənənəvi marketinq, rəqəmsal marketinq, influencer marketinq, dizayn və prodakşn sahələri üzrə biliklər
- Marketinq sahəsində B2B satış üzrə minimum 3 il iş təcrübəsi
- CRM sistemləri ilə işləmə bacarığı
- Stresli və təzyiqli situasiyalarda idarəetmə qabiliyyəti
- Xarici görünüşünə önəm vermək
- Rus dilində səlis danışıq, ingilis dili bilikləri arzu olunandır
- MS Office proqramlarında sərbəst işləmək (xüsusilə Excel və PowerPoint)
- Yüksək təqdimat bacarığı
İş rejimi və üstünlüklər:
- Həftənin 5 günü: 09:00–18:00
- Şirkət nəqliyyatı (servis) təmin olunur
- Nahar şirkət tərəfindən verilir
- Satışa uyğun bonus sistemi
Müraciət qaydası:
- Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
- Zəhmət olmasa, mövzu hissəsində “Marketinq üzrə B2B Satış Mütəxəssisi” qeyd edin.