Irshad Electronics

Şirkət haqqında:
Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biridir. Şirkət 2000-ci ildə "I&R Telecom" adı altında yaranıb. 2018-ci ildən 2021-ci ilə kimi "İrşad Electronics" adı ilə, 2021-ci il Mart ayının birindən etibarən "irşad" adı altında fəaliyyətini davam etdirir. 2021- ci ildə Bakı,Sumqayıt daxil olmaqla 37 şəhər və rayonda mağazalar şəbəkəsi, 700-dən çox dileri mövcuddur
Əlaqə vasitələri:
Mağaza meneceri - Tərtər filialı
Vəzifə və öhdəliklər:
- Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
- Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
- Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi;
- Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
- Mağazada məhsul qalığına nəzarət edilməsi;
- Daxili standratlara uyğun olaraq rəf düzülüşünə nəzarət etmək;
- Qoyulan satış hədəflərini təqib etmək və yerinə yetirmək;
- Mağazanın səliqə-səhmanına və heyətin nizam-intizamına nəzarət etmək;
- Cari tapşırıqları həll etmək;
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi 3 -6 il
- Yaş – 30 -50
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;
- İşgüzar davranış etikasını;
- Satış texnikası və prinsip bilikləri;
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodları biliyi;
- 1C proqramı, MS Office
Bizim təminatımız:
- İş qrafiki: 6 günlük
- Əmək haqqı 1200 AZN (NET) +Bonus
- İş yeri: Tərtər rayonu
CV-ləri şəkil əlavə etməklə mövzü bölməsində "Mağaza meneceri" qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Əlaqə nömrəsi: +994 55 211 16 65