STP Advanced Technologies LLC

Forklift operatoru (Çəngəlli yükqaldırıcı)
Vəzifə Xülasəsi:
- Çəngəlli yükqaldırıcı (forklift) vasitəsilə yüklərin təhlükəsiz, səmərəli və vaxtında daşınması, yüklənməsi, boşaldılması və yerləşdirilməsi işlərini həyata keçirir
Əsas Vəzifə Öhdəlikləri:
- Yüklərin forklift vasitəsilə yüklənməsi, boşaldılması və daşınmasını həyata keçirmək.
- Anbarda və istehsalat sahəsində malların düzgün şəkildə yerləşdirilməsini təmin etmək.
- Forkliftin texniki vəziyyətini gündəlik yoxlamaq, nasazlıq aşkar edildikdə rəhbərliyə məlumat vermək.
- Yüklərin daşınması zamanı təhlükəsizlik qaydalarına və yol nişanlarına ciddi əməl etmək.
- Yük qaldırma və daşıma zamanı məhsulun zədələnməsinin qarşısını almaq.
- Anbar sənədlərini və yükləmə-boşaltma qeydlərini düzgün və vaxtında aparmaq.
- İş sahəsində səliqə-sahman və nizam-intizam qaydalarına riayət etmək.
- İstehsalat planına uyğun olaraq yüklərin vaxtında çatdırılmasını təmin etmək.
- Təyin olunmuş şəxslərlə əməkdaşlıq edərək işin koordinasiyasını təmin etmək.
- Təcili və fövqəladə hallarda rəhbərliyin verdiyi əlavə tapşırıqları yerinə yetirmək.
Tələb Olunan Təcrübə :
- Orta təhsilli
- MS Office proqramları ilə işləmək bacarığı
- Forklift idarə etmək hüququnu təsdiq edən müvafiq diplom və ya sertifikatının olması mütləqdir.
- Çəngəlli yükqaldırıcı (forklift) üzrə operator vəzifəsində 1 ildən 3 ilədək iş təcrübəsi
- ERP sistemi barədə bilik və anlayışlara malik olması – üstünlükdür.
- İngilis dili biliyi üstünlük sayılır(orta səviyyə danışıq
Tələb Olunan Bacarıqlar:
- Tapşırıqların icrası zamanı detallara diqqət yetirmək.
- İş mühitinin təhlükəsizlik və təmizlik prinsipinə riayət etmək.
- Yaxşı səviyyədə ünsiyyət qurma və komanda şəklində işləmək bacarığı.
- İstehsalat sahəsində təhlükəsizlik ilə bağlı qaydalara və prosedurlara riayət etmək.
- Növbəli iş rejimində işləməyə hazır olmaq.
- Əsas kompüter bacarıqlarına malik olmaq.
Əlavə məlumat:
- İş qrafiki: 2 Növbəli iş qrafiki
- Əmək haqqı: Müsahibə əsasında
- İş yeri: Sumqayıt şəhəri
- Nahar, servis və forma şirkət tərəfindən verilir
- Xaricdə təlim imkanları
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.