Regency Consulting and Tax Solutions

İnsan resurları üzrə mütəxəssis
Mühasibatlıq sahəsində bilik qazanmaq və inkişaf etmək istəyən namizədləri bizim komandaya dəvət edirik.
İş barədə məlumat:
- Əmək müqavilələrinin bağlanması, dəyişikliklər və xitam edilməsi ;
- Əmrlərin, ərizələrin, arayışların və digər sənədlərin hazırlanması ( məzuniyyət, ezamiyyə,, işə qəbul, mükafat və s.) ;
- Əmək haqqı kartı sifarişlərinin verilməsi;
- Tabellərin tərtib edilməsi;
- 1C proqramında gündəlik əməliyyatların icrası
- Sosial məzuniyyətlərə dair əməliyyatların icrası;
- Aylıq, rüblük statistika hesabatlarının verilməsi;
- İcbari sığorta müqavilələrinin bağlanması və əlavələr edilməsi ilə bağlı əməliyyatlar;
- Kadr sənədlərinin uçotunun aparılması;
- Müştərilər tərəfindən daxil olan digər gündəlik sorğuların icrası.
İş şəraiti:
- Həftədə 5 iş günü, saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
- Koorporativ mobil nömrə;
- Əmək haqqı – 700-800 AZN ;
- İlkin olaraq, 1 həftə sınaq müddəti təyin olunur. Sınaq müddəti ödənişsizdir.
Namizəd üçün tələblər:
- Ali və ya orta təhsil;
- İnsan Resursları sahəsində 1 ildən çox iş təcrübəsi;
- Microsoft Ofiice proqramları ilə işləmə bacarığı;
- İnsan Resursları sahəsi üzrə nəzəri biliklər (Əmək Məcəlləsi, Əmək Məcəlləsi ilə əlaqəli qanunlar, normativlər);
- ƏMAS, İSB və Elektron Hökumət Portalında işləmə bacarığı;
- Azərbaycan və Rus dilində səlis danışıq və yazışma bacarığı vacibdir.
Namizədlərdən “cv”-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində "İnsan resurları üzrə mütəxəssis" başlığı yazmaqla göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi +994 55 215 03 70