Bakı Dövlət Layihə İnsitutu

Şirkət haqqında:
Hər bir insan həyatı boyu dəfələrlə ömür yoluna nəzər salır, onu dəyərləndirməyə çalışır, mənalı anları iftixarla və xoş təəssüratlarla xatırlayır, yadda qalmayanların isə üzərindən tez ötüb keçməyə çalışır.
XX əsrin 30-cu illərində yaradılan və ötən dövr ərzində müvəffəqiyyətlə fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutu isə burada çalışan, fəaliyyət göstərən işçilər üçün şübhəsiz ömür yolunun ayrılmaz bir hissəsidir və bu ömür yolu həm acı, həm də şirin xatirələriylə, həm uğurları, həm də uğursuzluqları ilə çox əzizdir, dəyərlidir və nəhayət mənalıdır.
Çünki ən adi vəzifəni icra edən sıravi işçidən tutmuş ən uğurlu layihələrə imza atmış mütəxəssisədək hər kəs gördüyü işin dəyərini, əhəmiyyətini başa düşür, qururlanır və bundan mənəvi rahatlıq tapır.
Təsadüfi deyil ki, nə vaxtsa burada çalışmış istənilən işçi dünyanın harasında olmasından asılı olmayaraq doğma instituta bağlılığını qoruyub saxlayır və sanki bu əlaqələrdən bir enerji, stimul alır.
Bakı Dövlət Layihə İnstitutu xalqımızın yaratdığı digər maddi-mənəvi nümunələr kimi milli sərvətimizdir. Xüsusən müstəqillik qazandıqdan sonra qonşu dövlətlər və xalqların nailiyyətləri ilə tanış olduqca bu daha aydın dərk olunur.
Bu gün Bakı Dövlət Layihə İnstitutu öz tarixi ənənələrini məntiqi ardıcıllıqla və dövrümüzün reallıqları və çağırışları nəzərə alınmaqla davam etdirir. İnstitutda yeni bacarıqlı, istedadlı, iddialı gənclərin cəlb edilərək irəli çəkilməsi və təcrübəli mütəxəssislərin himayəsi altında yetişdirilməsi öz bəhrələrini verməkdədəir. Kollektiv isə öz tarixi ənənələrini, nailiyyətlərini və missiyasını davam etdirərək daha böyük uğura imza atmaq, Bakı şəhərinin yenidənqurma, tikinti və abadlaşdırma işlərinə yeni-yeni töhfələr vermək əzmindədir.
Əlaqə vasitələri:
Elektrik təchizatı işləri üzrə mühəndis - layihəçi
Namizədə tələblər:
- Mühəndis-elektrik ixtisası üzrə ali təhsil;
- Layihələndirmə sahəsi üzrə (yaşayış və inzibati binalar, otellər və ticarət mərkəzləri və s.) 3 ildən yuxarı təcrübə;
- Dil bilikləri : Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur;
- Kompyuter bilikləri – MS Office , AutoCAD (yüksək səviyyədə),Revit;
- BİM layihələrində iştirakı arzuolunandır;
- Elektrik sistemlərinin və layihələrinin sərbəst oxuma bacarığı;
- Hesabat hazırlama və analiz etmə bacarığı;
- Binalarda və tikililərdə zəif axın şəbəkə sistemlərinin layihələndirilməsi sahəsində normativ baza və standartlar üzrə bilik.
Vəzifə öhdəlikləri:
- Layihələndirmə üçün ilkin məlumatın yığılması və cizgilərin hazırlanması;
- Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
- 0,4-1 kV (aşağı gərginlik) elektrik şəbəkənin layihələndirilməsi;
- Elektrik yükünün hesablanması;
- Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
- Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
İş barədə məlumat:
- İş qrafiki : 09:00-18:00, həftə içi 5 gün;
- Əmək haqqı: 800-1000 AZN.
- İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
CV-ləri uyğun ixtisas başlığı ilə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərin. Xahiş olunur ki,yalnız uyğun namizədlər müraciət etsin.