Stock Manager
Vəzifə öhdəlikləri:
- Anbar stokunun gündəlik qeydiyyatını aparmaq
- Tələbə uyğun məhsul sifarişi vermək
- Tədarükçülərlə əlaqə qurmaq və alış prosesini idarə etmək
- Stok səviyyələrini təhlil etmək və minimum-maksimum limitləri təyin etmək
- Stok itkilərinin və ya zədələnmələrin qarşısını almaq
- İnvoyslara və stok hesabatlarına nəzarət etmək
- İllik və ya dövri inventar (sayım) proseslərini təşkil etmək
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar
İş şəraiti:
- Iş yeri: Teker Store MMC
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Əmək haqqı: 700 Azn + bonus
Namizədə tələblər
- Anbar hesabatları ilə işləməyi bilməlidir;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Stock Manager” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 0556060585 nömrəsinə göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.