Eurolux

Şirkət haqqında:
1991-ci ildə təsis edilmiş “Eurolux International”, Şərqi Avropa və Mərkəzi Asiyada elektrik və məişət cihazlarının iri istehsalçılarından biridir. “Eurolux” loqosu Almaniyanın Ştutqart şəhərinin yaxınlığındakı Kirçxeym-Tek adlı bölgəsində yaranmışdır. Həmin yerdə şirkət kiçik cihazlar üzrə özünün ilk ticarət xəttini yaratmışdır. 1998-ci ildə Azərbaycan şirkəti ilə birgə müəssisə yaradılmışdır və həmin vaxtdan etibarən şirkət öz üfüqlərini genişləndirərək bütün dünyadan olan istehlakçılara xidmət göstərməyə başlamışdır. Bizim korporativ missiyamız “Eurolux”u məişət cihazlarının istehsalı üzrə dünyaca məşhur brendinə çevirməkdir. Strategiyamızda yeganə dəyişilməz qalacaq şey – “istehlakçılarımız üçün dəyərlərin yaradılmasıdır”. Yaradılmasından sonrakı 25 il ərzində şirkət əsas dəyərlərinə sadiq qalaraq, ənənəvi keyfiyyət standartlarını qoruyub saxlamışdır.
Yarandığı andan “Eurolux” şirkəti hər bir məşğuliyyət sahəsində mükəmməlliyə çatmaq
məqsədini güdür! Biz biznesimizin miqyasını genişləndiririk və eyni zamanda köhnə ticarət xəttlərimizə yenidən baxış keçirib, yeniləyirik. Çünki istehlakçıların keyfiyyətli xidmət və etibarlı məhsullarla təmin edilməsi hər zaman bizim əsas prinsiplərimiz olub. Bu prinsiplər hər bir məhsula vermək istədiyimiz keyfiyyətin maksimal dərəcədə artırılmasına yönəlmişdir.
Əlaqə vasitələri:
Kassir
Əsas vəzifələr:
- Kassa əməliyyatlarını və nağd vəsait dövriyyəsini təlimatlara uyğun şəkildə icra etmək
- Müştəri identifikasiyası və sənədlərin düzgünlüyünü təmin etmək
- Nağd vəsaitlər, qiymətlilər və kassa sənədlərinə daimi nəzarət etmək
- Gündəlik xəzinə sayımı aparmaq və hesabatları vaxtında hazırlamaq
- Saxta əsginasarın qəbul edilməsinin və verilməsinin qarşısını almaq
- Müştərilərə nəzakətli və dəqiq məlumat vermək (o cümlədən telefonla)
- Kassa zonasında təhlükəsizlik və səliqə qaydalarına riayət etmək
İş şəraiti:
Əmək haqqı: 500 AZN
Ünvan: Bakı şəhəri və Sumqayıt
Tələblər:
- Kassir vəzifəsində təcrübə: minimum 1 il
- Diqqətli, məsuliyyətli və dürüst yanaşma
- Azərbaycan və rus dillərində ünsiyyət bacarığı
- Komanda ilə işləmək bacarığı
- Səliqəli görünüş və forma qaydalarına əməl etmək
CV-lərinizi “Kassir” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.