JW Marriott Absheron Baku

Şirkət haqqında:
Dünya miqyasında qonaqpərvərlik sahəsində 1 nömrəli lider olaraq, “Marriott International” 8000-dən çox otel mülkiyyətinə və 30 ən güclü otel brendinə sahibdir. Biz, Azərbaycan daxil olmaqla 133 ölkədə fəaliyyət göstəririk və inkişaf etməkdə davam edirik. Sizi misilsiz fürsətlər gözləyir. Karyeranızdakı növbəti addım sizi ən böyük macəranıza apara bilər.
“JW Marriott Absheron Baku” xüsusi “JW Marriott” lüks standartlarından həzz alaraq həqiqi Azərbaycan qonaqpərvərliyi təcrübəsi axtaranlar üçün ideal bir məkandır. Otel İçərişəhərdən gəzinti məsafəsində və hava limanından 30 dəqiqəlik yol məsafəsində yerləşir. Nəfis zəriflikdən lütfkar rahatlığa, “JW Marriott Absheron Baku” Xəzər Dənizi mənzərəsi olan 237 son dərəcə gözəl qonaq otaqları və lüks otaqları təklif edir. “Absheron Spa & Fitness”-in misilsiz dam quruluşu ilə möhtəşəm mənzərəsindən feyzyab olun. “JW Marriott Absheron Baku” həqiqi xoş təcrübə qazanmaq üçün beş restorana malikdir. Hər yemək vaxtı üçün açıq olan rəngarəng Aralıq Dənizi mətbəxlərindən ilhamlanan enerjili “ZEST Lifestyle Café”; alovlu “Fireworks Urban Kitchen” mükəmməl hazırlanmış xidmət; klassik və müasir italyan yeməkləri təqdim edən incə və mürəkkəb “OroNero Bar & Ristorante”; rahatlandırıcı “The Tea Lounge” geniş çeşidli yerli, beynəlxalq və xüsusi çaylar, əla növ qənnadı məmulatlar, şokoladlar və unikal kokteyllər ilə; gözqamaşdırıcı “Razzmatazz Cocktail Bar & Lounge” – DJ və ən böyük içki seçimi ilə ekzotik, populyar bar. Xüsusi olaraq Bakıda ən geniş zallardan biri 1207 m2 olan Şərq Zalını qeyd edək. Bir ömür boyu lüks istirahət sizi “JW Marriott Absheron Baku Hotel”-da gözləyir. jwmarriottbaku.com, Instagram və Facebook onlayn səhifələrimizə daxil olun.
Əlaqə vasitələri:
Steward/Qabyuyan
İş Təsviri
Təmizlik avadanlıqları və alətlərinin, eləcə də, qabyuyan maşının, təmizləmə maşını və zibil sıxma maşınının istifadəsi. Mətbəx sahəsini, stolları, alətləri, bıçaqları və avadanlığı yumaq və dezinfeksiya etmək. Təmiz əşyaların müvafiq yerlərdə saxlanmasını təmin etmək. Üç bölməli çanaqda qabları yumaq üçün təmizləyici, yaxalayıcı və sanitar maddələrdən istifadə etmək. Yuyulmuş qabları yoxlamaq, yerləşdirmək və yığmaq, çirkli qabları yenidən yuyulmaq üçün göndərmək. Ərzaq qalıqlarını yumşaltmaq və təmizləmək üçün bütün qalaqlanmış qabları isti su ilə islatmaq. Gümüş qabları çeşidləmək, islatmaq, yumaq/yenidən yumaq. Çirkli qab ləyənlərini yerləşdirmək. Zibil qablarını boşaltmaq, zibil qabları və onların yerinin təmizlənməsini təmin etmək. Təyin edilmiş bütün şöbələr üzrə sahələri təmizləmək və yumaq. Şüşəni müvafiq konteynerlərə atmaq. Karton qutuları ayırmaq və müvafiq zibil qablarına atmaq.
Üstünlük verilən keyfiyyətlər
- Təhsil
- Orta məktəb diplomu/G.E.D. ekvivalenti tələb olunmur
- Əlaqədar iş təcrübəsi
- Heç bir əlaqədar iş təcrübəsi tələb olunmur
- Nəzarətçi təcrübəsi
- Heç bir nəzarətçi təcrübəsi tələb olunmur
Müraciət etmək üçün:
Müraciətlərinizi “Mətbəx sahəsində texniki personal” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur.