Retinalab

Şirkət haqqında:
2020-ci ildə Bakı şəhərində təsis edilən Retinalab şirkəti oftalmologiya sahəsinə köklənən və bu sahədə A-dan Z-yə mütəxəssisləşməyi özünə hədəf seçən professional komandası ilə birgə fəaliyyət göstərən tibbi şirkətdir. Məhsul istiqamətləri: Oftalmoloji cərrahi sərf materialları, oftalmoloji alətlər, oftalmoloji cihazlar, oftalmoloji ləvazimatlar, oftalmoloji avadanlıqlar, oftalmoloji cihazların təmiri, servisi, optika cihaz, avadanlıq və ləvazimatları.
Hal hazırda 900-ə yaxın məhsul çeşidi və 300-ə yaxın müştəri portfeli ilə fəaliyyətni davam etdirir.
Aurolab, Zeiss, Meran, Retinnas, Alger, Bovie, Devine Meditech, Healthium, i-Stil, Geuder, Lacrivera, AI-Optic, Tecfen bredlərinin Azərbaycandakı distributorudur.
Əlaqə vasitələri:
Mühasib
İş şəraiti:
- Yerləşmə: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, Comərd İş Mərkəzi
- İş rejimi: Tam ştat (5 gün / 08:00 – 17:00)
- Əmək haqqı: 700-1200 AZN (Namizədin potensialına əsasən)
Vəzifə öhdəlikləri:
- Gündəlik maliyyə və mühasibatlıq əməliyyatlarının qeydiyyatı
- Bank və kassa əməliyyatlarının aparılması
- Elektron qaimələrin və hesab-fakturaların tərtib olunması
- Mühasibat sənədlərinin hazırlanması və arxivləşdirilməsi
- DSMF, Statistika və Vergi hesabatlarının hazırlanmasında iştirak
- Baş mühasibin göstərişlərinə əsasən digər müvafiq tapşırıqların icrası
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya mühasibatlıq sahəsində üstünlük verilir)
- Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi (təcrübəsiz namizədlər üçün də uyğun ola bilər)
- Microsoft Office proqramlarında (xüsusilə Excel) işləmə bacarığı
- 1C və ya digər mühasibatlıq proqramlarında işləmə bacarığı üstünlükdür
- Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı olan
Namizədə təklif olunur:
- Rəsmi əmək müqaviləsi
- Karyera inkişafı imkanları (təlimlər, şəxsi inkişaf proqramları)
- Peşəkar və mehriban kollektivdə işləmək imkanı
- Nahar yeməyi
- Aylıq sosyal programlar
Müraciət qaydası:
CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına "Mühasib" başlığı ilə göndərməyiniz xahiş olunur.
Əlaqə nömrəsi: +994 55 444 34 68