Satış Məsləhətçisi – Ev və Dekor
Əsas vəzifə öhdəlikləri:
- Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq və ehtiyaclarını düzgün müəyyənləşdirmək
- Ev və dekorativ məhsullar (şamlar, aksesuarlar, qablar, tekstil və s.) haqqında ətraflı məlumat vermək və düzgün yönləndirmək
- Satış prosesini şirkət standartlarına uyğun şəkildə icra etmək
- Müştəri sorğularını operativ şəkildə cavablandırmaq və yüksək məmnuniyyət səviyyəsini qorumaq
- Mağaza daxilində məhsul düzülüşünə və təmizliyinə nəzarət etmək
Namizədə dair tələblər:
- Yaş həddi: 18–35
- Satış sahəsində, xüsusilə qeyri-qida (non-food) məhsullar üzrə minimum 6 ay təcrübə
- Yüksək ünsiyyət bacarığı, məsuliyyətlilik və komandada işləmək bacarığı
- Səlis Azərbaycan dili, Rus və İngilis dillərini bilməsi üstünlükdür
- Növbəli iş qrafikində və ayaqüstə işləmə rejimində çalışmağa hazır olmaq
Təklif etdiyimiz imkanlar:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- 6 günlük növbəli iş qrafiki (iş saatları: 10:00 – 22:00)
- İstirahət günü: Həftə içi 1 gün
- Əmək haqqı: 450 AZN gross (407 AZN net) + motivasiyaedici bonus sistemi
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
- Yaradıcı və estetik məhsullarla işləmək fürsəti
Müraciət qaydası:
- Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Satış Məsləhətçisi – Ev və Dekor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.