Sürücü (Şəmkir)
Vəzifə Haqqında:
Bizim komandamıza qoşulmaq üçün Sürücü vəzifəsinə məsuliyyətli bir namizəd axtarırıq. Siz fabrikin məhsullarını müəyyən edilmiş marşrut üzrə təhlükəsiz şəkildə və vaxtında çatdırılmasını həyata keçirəcəksiniz.
İş Barədə Məlumat:
- İş yeri – Şəmkir şəhəri.
- Fabrikin məhsullarını təyin olunmuş yerlərə çatdırmaq;
- Marşrut üzrə hərəkət planına riayət edərək vaxtında çatdırılmanı təmin etmək;
- Yükləmə və boşaltma zamanı yükün bütövlüyünü və təhlükəsizliyini təmin etmək;
- Avtomobilin texniki vəziyyətinə nəzarət, gündəlik texniki yoxlamalar aparmaq və texniki problemləri vaxtında bildirmək;
- Yanacaq sərfiyyatına nəzarət və lazımi uçot sənədlərini aparmaq;
- Yol hərəkəti qaydalarına və şirkət qaydalarına tam riayət etmək;
- Sürücülük zamanı təhlükəsizlik standartlarını qorumaq və məsuliyyətlə işləmək;
- 6 günlük iş rejimi (09:00 - 18:00) və həftədə bir gün istirahət;
- Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
- Sürücülük vəsiqəsi (BC kateqoriyası mütləqdir);
- Tır idarəetmə sahəsində ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının yol hərəkəti qaydalarını dərindən bilmək;
- Avtomobilin texniki vəziyyəti haqqında əsas biliklər;
- Uzun məsafəli səfərlərdə işləmə təcrübəsi;
- Yüksək məsuliyyət, dəqiqlik və intizam;
- Fiziki dözümlülük və operativ qərarvermə qabiliyyəti;
- Yük sənədlərinin düzgün idarə olunmasını təmin etmək bacarığı.
Əgər siz sürücülük sahəsində təcrübəyə malik və dinamik bir mühitdə işləməyi hədəfləyirsinizsə, komandamıza qoşulmaq üçün CV-nizi və əlaqə məlumatlarınızı Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərin.