Aqronom
Vəzifə öhdəlikləri:
- Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
- Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
- Kənd Təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək;
- Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
- Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
- Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
- Bitkinin veqetativ inkişafına uygun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
- Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək.
Namizəddə tələblər:
- Ali təhsil;
- Cinsi – Kişi;
- Yaş həddi – 25-40 yaş;
- Müvafiq sahədə minumum 2-3 il təcrübəsi olmalı;
- Qərarvermə qabiliyyəti və məsuliyyətli olmalı.
Təminatlar:
- Azərbaycan Resublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
- Əmək haqqı: 1200 AZN.
Uyğun namizədlər öz “Aqronom” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər.