Excelsior Hotel & SPA Baku

Şirkət haqqında:
Əlaqə vasitələri:
Qeydiyyatçı (Front office agent)
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Ali;
- Komputer bilikləri: MS Office (Word-Yaxşı, Excel-Yaxşı, Outlook-Yaxşı);
- Dil bilikləri: Azərbaycan – Yaxşı (yazılı və şifahi); İngilis dili- Yaxşı (yazılı və şifahi); Rus dili üstünlükdür
- Minimum təcrübə: müvafiq sahə üzrə 6 ay -1 il;
Fərdi keyfiyyət göstəriciləri:
- Ünsiyyətlilik;
- Müştəriyönümlülük
- Məsuliyyətlilik;
- Təqdimat və təşkilatçılıq;
- Satış bacarıqlarının olması;
- Nəticəyönümlülük;
- Komandada işləmək bacarığı;
İş barədə:
- Mehmanxana və şirkətin qaydalarına uyğun olaraq bütün otaq rezervasiyalarının qəbulu və həyata keçirilməsinə nəzarət etmək;
- Doğru otaq kateqoriyasının satışı vasitəsilə mehmanxana haqqında ümumi məlumat verməklə və upselling üsullarından istifadə etməklə otaq rezervasiyaları və ya rezervasiyaların ləğvi ilə bağlı tələbləri qəbul və təsdiq etmək;
- Otaq və restoran qiymətləri və mehmanxanada boş otaqların mövcudluğu barədə qonaqlara ətraflı məlumat vermək;
- Fərdi və qrup şəklində olan rezervasiyaların, otaqların rezervasiya siyahılarının, gözləmə siyahılarının və digər rezervasiyaların hazırlanmasına kömək etmək;
- Bütün daxil olan zəngləri mehmanxananın telefon standartlarına uyğun şəkildə dərhal, yüksək məharət və nəzakətlə qəbul etmək;
İş vaxtının norması:
- Növbəli iş qrafiki/ 5 günlük iş həftəsi;
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı barədə məlumat müsahibə zamanı təqdim olunacaq
- Nahar müəssisə tərəfindən qarşılanır
İş yeri:
- Bakı, Heydər Əliyev prospekti 2
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Qeydiyyatçı” yazmaqla Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.