Excelsior Hotel & SPA Baku

Şirkət haqqında:
Əlaqə vasitələri:
Satış üzrə koordinator
İş barədə:
- Telefon zənglərinin daxili qaydalara və standartlara uyğun cavablandırılması;
- Təqdim olunan xidmətlər barədə (qiymətlər, otaq növləri, paketlər, kampaniyalar və s.) müştəri sorğularının zamanında cavablandırılması;
- Satış prosesinə dair sənədləşmə işlərinin aparılması;
- Müxtəlif mənbələrdən istifadə etməklə müştəri bazasının yaradılması;
- İşgüzar görüşlərin və tədbirlərin təşkili, görüşlərə dair protokolların tərtib olunması;
- Görülən işlərin və satış göstəricilərinin əks olunduğu hesabatların tərtib olunması və birbaşa rəhbərə təqdim olunması;
- Effektiv satış üsullarından istifadə etməklə otel gəlirlərinin artırılması;
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Ali;
- Komputer bilikləri: MS Office (Word, Power Point, Excel, Outlook ) - yaxşı;
- Dil bilikləri: Azərbaycan-səlis, (Rus dili -yaxşı, İngilis dili -yaxşı);
- Təcrübə: minimum 1-2 (otel sferasında təcrübəsi olan namizədlərə üstünlük verilir);
Fərdi keyfiyyət göstəriciləri:
- İşdə dəqiqlik və detallara diqqətlilik;
- Müştəriyönümlülük;
- Ünsiyyətlilik;
- Satış etmə bacarığı;
- Təqdimetmə bacarığı;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi;
- İstirahət günü: Şənbə və Bazar günü.
- Vəzifə üzrə əmək haqqı: Müsahibə zamanı məlumat veriləcək
- İş yeri: Bakı, Heydər Əliyev prospekti, 2
Müraciət forması:
- Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Satış üzrə koordinator” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
- Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxla