Bank of Baku

Şirkət haqqında:
“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir. Pərakəndə sektor “Bank of Baku”nun fəaliyyətinin əsas sahəsidir. Ölkədə istehlak kreditlərinin artım dinamikası bankın inkişafı üçün stimuldur. “Bank of Baku”nun şüarı olan “Sizə yaxın bankçılıq” Bankın müştərilərə və onların gündəlik qayğılarına mümkün qədər yaxın olmaq - fəlsəfəsini özündə cəm edir. Bank özünün bütün fəaliyyəti boyunca Azərbaycanda pərakəndə biznesin formalaşmasına və inkişafına öz töhfəsini verir. “Bank of Baku” bir çox bank məhsul və xidmətlərinin Azərbaycanda tətbiqində və dünyanın qabaqcıl bank təcrübəsinin ölkədə yayılmasında “pioner” rolunu oynayıb. Məhz “Bank of Baku”, hissə-hissə ödənişli kredit kartlarını ölkədə ilk dəfə kütləvi dövriyyəyə buraxdı, istehlak kreditlərinin rəsmiləşdirmə şərtlərini xeyli sadələşdirdi, daimi müştərilər üçün imtiyazlar klubu təsis etdi və s. Bununla da “Bank of Baku”, böyük bir insan kütləsi arasında bank məhsul və xidmətlərinin yayılmasında böyük rol oynadı.
Əlaqə vasitələri:
Məlumat mərkəzi şöbəsinin müdiri
Vəzifə öhdəlikləri:
- Gündəlik iş prossesində şöbəyə daxil olan şikayət və təklifləri dərhal rəhbərliyə ötürür.
- İşçilərin gündəlik işlərininin təqib və nəzarəti ilə məşğul olur.
- İşçilərin müvafiq bölmələr üzrə protokolda nəzərdə tutulan qaydada xidmət səviyyəsini monitorinq edir
- Şöbənin işi ilə bağlı aylıq və illik hesabatları hazırlayır.
- Gündəlik iş prossesi ilə bağlı işçilərə məlumat və tapşırıq verir.
- Şöbənin işi ilə bağlı cavablandırılması vacib olan bankdaxili və bankxarici müraciətləri cavablandırır.
- Şöbənin işi ilə bağlı və ya kənar (müştərilərin şikayət və təkliflərdən irəli gələn) məsələlərlə əlaqədar təkliflər verir.
- Sahə rəhbərinin və departament direktorunun tapşırıqlarını, həmçinin onların təsdiqi ilə digər mənbədən yönlənən işləri icra edir.
Tələblər:
- Təhsil- Ali
- İş təcrübəsi- 4-6 il
- Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- yüksək
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.