Green Life Engineering

Şirkət haqqında:
Green Life Engineering MMC Azərbaycanda yaşıl enerji sistemləri üzərinə xidmət göstərən bir firmadır. Fəaliyyətə başladığımız 2021-ci ildən etibarən şirkətimizin əsas missiyaları içində davamlılıq prinsipi, müştəri məmnuniyyəti və ekoloji məsuliyyət böyük önəm kəsb etmişdir
Davamlılıq prinsipi: Azərbaycanda yaşıl enerjiyə olan ehtiyacı bilirik və bu ehtiyacı ödəmək üçün daim innovativ həllər inkişaf etdiririk. Həmçinin, cəmiyyətimiz üçün gələcəkdə yaşıl enerjini daha əlçatan etməyə çalışırıq.
Müştəri məmnuniyyəti: Biz müştərilərimizə ən rahat, etibarlı və alternativ enerji həllərini təqdim etməyə söz vermişik. Layihələrimizin hər birində müştəri məmnuniyyətini ən yüksək səviyyədə tutmağı hədəfləyirik.
Ekolojik məsuliyyət: Daha təmiz ətraf mühit və daha yaşana bilən dünya üçün biz fosil yanacaqları əvəz edə biləcək sıfır emissiyalı enerji həllərinə sərmayə qoyuruq. Karbon izimizi minimuma endirməklə təbiətə olan borcumuzu qaytara biləcəyimizə inanırıq.
Əsas hədəflərimiz isə innovasiya liderliyi, beynəlxalq əməkdaşlıq və sosial sərmayə təşəbbüsləridir.
Əlaqə vasitələri:
Elektrik mühəndisi
İşin təsviri:
- Kompleks tikinti sistemlərinin məlumatlandırlması, istiqamətləndirilməsi və istismara verilməsi üzrə layihələrin elektrik infrastrukturunu anlamaq;
- Müəssisə daxili maliyyə smetasının qiymətləndirmək, layihələr üzərində kodların və zona bölgüsünün təsvir etmək, xərcləri optimallaşdırmaq;
- Elektrik koordinasiya prosesinə nəzarət etmək;
- İstismar müddətinin təhlili də daxil olmaqla elektrik sistemini seçilmək;
- Elektrik sistemi tənzimləyicisi seçimlərini təhlil etmək və sistemlə bağlı tövsiyyələr vermək;
- Avadanlıqların nasazlıqlarını araşdırmaq və xətalı əməliyyatların səbəbini müəyyənləşdirmək
- Layihənin həyata keçirilməsi zamanı konstruktiv dəyişikliklərə nəzarət etmək;
- Alt-sistem fəaliyyətini və tələblərin dəyişdirilməsi və ya yenilənməsini qiymətləndirilmək məqsədilə qurğuların idarə olunması üzrə ətraflı texniki məlumat vermək;
- Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək;
- Avadanlıqlara texniki baxış keçirilməsi üzrə cədvəl və metodlar hazırlamaq, resurs tələbatlarını müəyyənləşdirmək, müvafiq idarəetmə heyəti ilə birgə ehtiyacları müzakirə etmək, resursları müvafiq qaydada bölüşdürmək;
- Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına nəzarət etmək
- Bütün avadanlıqlar üçün profilaktik baxış və təhlükəsizliyin yoxlanılması proqramları yaratmaq və həyata keçirmək;
Bilməlidir:
- Alternativ enerji sistemlərindən məlumatlı olmalı
- Günəş enerjisinin tətbiqində istifadə edilən komponentlər haqqında məlumatlılıq
- Avadanlıqların işləmə rejimləri və texniki istismarı qaydalarını bilməli
- Elektron qurğu və avadanlıqlar üzrə təmir cihazları ilə işləmə bacarığına malik olmalı
- Təmir xidmətinin təşkili və həyata keçirilməsi qaydaları üzrə biliklərə malik olmalı
- Elektron qurğuların təhlükəsiz xidmətinin icra edilməsinə nəzarət etməli
- Elektrik çertyojları oxuma bacarığı
Tələblər:
- Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil.
- Kompüter bilikləri: AutoCAD, Mirosoft Office
- İngilis dili üzrə orta səviyyədə yazı və danışıq qabiliyyətinə malik olmaq.
- Elektronika mühəndisliyi üzrə minimum bir- iki il sahə təcrübəsi
- Ünsiyyət qura bilmə, analiz və təhlilləri apara bilmək bacarığı
İş şəraiti:
- 6 günlük iş rejimi
- Bütün infrastrukturlara yaxın ofis məkanı.
- Əmək haqqı namizədin tələblərə uyğunluğundan asılı olaraq 700 -1300 manat aralığında müəyyən ediləcəkdir.
Qeyd olunan tələblərə uyğun namizədlər CV-ləri mövzu yerinə “Elektrik mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.