Skandinaviya Evi MMC
Şirkət haqqında:
Skandinaviya evi - 2006-cı ildən fəaliyyət göstərən ev, ofis, bağ evlərində istifadə üçün nəzərdə tutulmuş mebel, dekor və qeyri- məişət elektrik əşyalarının satışını həyata keçirən mağazalar şəbəkəsidir. Yüksək keyfiyyətli və münasib qiymətlərlə yataq,qonaq, mətbəx və dəhliz üçün geniş çeşiddə mebellər mövcuddur.
Bizim dəyişməz prinsipimiz olan daima yüksək keyfiyyət, zamanında təslimat və uyğun qiymətlər olmuşdur.
Şirkətimiz qurulduğu gündən bu platformada etibar qazanaraq xarici şirkətlərlə əməkdaşlığını hər zaman qoruyub saxlayıb. Gəldiyimiz nöqtədə avropanın bir çox öndə gələn markalarının satışını həyata keçirdirik.Hədəfimiz müştərilərin tələblərinə uyğun məhsullarımızı öz fərqimizlə təqdim etməkdir.
Əlaqə vasitələri:
Satış təmsilçisi
Tələblər
- Yaş: 20-40;
- Cinsi: Xanım;
- Dil bilikləri: Azərbaycan dili (Rus dili arzuolunandır)
- Satış sahəsində minimum 1il iş təcrübəsi;
- Xoş və səliqəli xarici görünüş;
- Ünsiyyətcil, gülərüz və məsuliyyətli olmalı.
Vəzifə Öhdəlikləri
- Mağazaya gələn müştəriləri səmimi, gülərüzlə və peşəkar şəkildə qarşılamaq;
- Mağazanın satış hədəflərinin həyata keçirilməsində aktivlik;
- Mağazada olan bütün məhsullar haqqında tam və ətraflı məlumatlı olmaq;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq, məhsullar üzrə məsləhətlər vermək.
İş şəraiti
- 6günlük iş qrafiki;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Əmək haqqı 400-500 Azn +bonus (təcrübəyə əsasən təyin olunur)
Göstərilən tələblərə uyğun şəxslər CV-lərini mövzu hissəsinə “Satış Təmsilçisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.