Lalafo

Şirkət haqqında:
Крупнейший сайт бесплатных и платных частных и бизнес объявлений в Азербайджан - Lalafo
Əlaqə vasitələri:
Satış meneceri
Enerji dolu və ünsiyyətcil satış meneceri axtarırıq!
Əgər sən, yeni tanışlıqlardan qorxmursan, məhsulun möhtəşəm müsbətləri haqqında danışmağı bacarırsan və insanlarla asan şəkildə ünsiyyət qura bilirsənsə - bizə qoşul!
"Yox" cavabı aldıqda belə, təslim olmayıb, məhsula diqqət cəlb etməyin digər yollarını axtarırsan, məqsədyönlü, yüksək ambisiyalara sahib və həqiqətən pul qazanmaq istəyən birisənsə, bu sənin şansındır!
Önəmlidir:
- Ünsiyyəti və yeni tanışlıqları sevirsən
- Ofisdən kənar, müxtəlif ərazilərdə işləməyə hazırsan
- Özündən əmin şəkildə danışıb, maraq cəlb etməyi bacarırsan
- Nəticəyönümlü şəkildə işləməyə hazırsan
- Çətin vəziyyətlərdən qorxmursan və insanları razı salmağı bacarırsan
- Rəqəmsal məhsullar sənə yad deyil (tətbiqlər, saytlar və s.)
- Azərbaycan dilində səlis danışırsan
- Rus dili biliyi üstünlükdür
İş şəraiti:
- İş üçün gündəlik yol, telefon və internet xərcləri şirkət tərəfindən qarşılanır.
- İş qrafiki: Bazar ertəsi - Cümə/ 09:00 - 18:00
- Maaş: 1000 AZN-dən başlayaraq
- Ətraflı məlumat müsahibə zamanı veriləcək.
Gəlir əldə etmək istəyən gənclər üçün uyğundur. Komandamıza qoşul və qazanmağa elə indi başla.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.