Uni Ko QSC

Şirkət haqqında:
UNICO” tikinti şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Yarandığı andan etibarən “UNICO” Azərbaycanın tikinti bazarında layiqli yer tutmağı və yüksək keyfiyyətli və peşəkar işi sayəsində müvəffəqiyyətlə özünü tanıtmağı bacardı.
Komandamız işdə böyük staja və yüksək səviyyəli təcrübəyə malik peşəkarlardan ibarətdir. Biz görülən işlərə görə bütün məsuliyyəti öz üzərimizə götürürük.
Bu gün “UNICO” şirkəti sabit və dinamik inkişaf edən müəssisədir. O, inkişaf etmiş struktura, eləcə də layihə-smeta sənədlərinin yaradılması mərhələsindən tutmuş obyektlər istismara verilənədək təmir-tikinti işlər kompleksinin aparılması üçün lazım olan beynəlxalq tərəfdaşlara malikdir.
Əlaqə vasitələri:
Xərclərə nəzarət üzrə kiçik mühəndis
Vəzifə öhdəlikləri:
- Subpodratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
- Layihə icrası zamanı dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərinin tərtibi, əlavə işlərin həcmlərinin hesablanması;
- Layihəyə dair hesabatların hazırlanması (Forma 2, Forma 3,) və vaxtında təhvil verilməsi;
- Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən edilməsi;
- Tikinti sahələrdən gələn texniki hesabatların yoxlanması;
- İcra olunan layihə büdcəsinin izlənməsi;
Layhəyə əsasən iş həcmlərinin çıxarılması
- Dəmir Beton / MK
- Memarlıq / Daxili tamamlama
- Landşaft / Baş Plan
Tələblər:
- Mühəndis və ya memar ixtisası üzrə ali təhsil;
- Minimum 1 il müvafiq sahədə iş təcrübəsi;
- Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus; (minimum 1 xarici dil);
- Komputer bilikləri: Excel və AutoCAD proqramları yaxşı səvviyyədə.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.