General English müəllimi
Elmlər filialımız üçün motivasiyalı, yaradıcı düşüncəyə sahib və prezentasiya bacarığı yüksək olan General English müəllimi axtarırıq.
İş barədə məlumat:
- Filial: BakuCityAcademy – Elmlər metrosu yaxınlığı
- İş qrafiki: Sərbəst (freelance əsaslı)
- Dərs formatı: Qrup və fərdi dərslər
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
Namizəddən gözləntilərimiz:
- İngilis dili səviyyəsi C1–C2
- IELTS sertifikatı üstünlükdür
- Güclü prezentasiya və auditoriya ilə işləmə bacarığı
- Ənənəvi deyil, innovativ və interaktiv tədris metodlarından istifadə
- Tələbəyönümlü və dinamik dərs mühiti qurmaq bacarığı
- Daim öz üzərində işləməyə maraq və peşəkar yanaşma
Biz sizə nə təklif edirik?
- Daxili təlimlər və tədris bacarıqlarının inkişafı üçün dəstək
- Özünü inkişaf və peşəkar yüksəliş üçün real imkanlar
- Müasir və çevik tədris mühiti
- Səmimi, açıq və öyrənməyə yönəlmiş komanda
- Tədrisdə yaradıcı yanaşma və sərbəstlik
Müraciət üçün:
CV-nizi, IELTS və digər sertifikatlarınızı Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərin.
Əgər siz də tədrisə yeni nəfəs gətirmək, tələbələrlə ilhamlandırıcı mühit yaratmaq və öz potensialınızı inkişaf etdirmək istəyirsinizsə – sizi komandamıza dəvət edirik!