STP Global Cable

Şirkət haqqında:
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
“STP Global Cable” MMC, məftil və kabel sənayesində məqbul reputasiya qazanmışdır. İndiyədək 12 illik fəaliyyətimizdə biz keyfiyyətli və etibarlı naqil və kabellərimizdən danışılan bir sıra məhsul və sistem sertifikatları və mükafatlarla təriflənmişik ki, bu da bizi Azərbaycanda və dünya bazarında ən keyfiyyətli məftil və kabel şirkətlərindən birinə çevirib.
Əlaqə vasitələri:
Energetika mühəndisi
“STP GLOBAL CABLE” MMC Texniki xidmət şöbəsinə Energetika mühəndisi vakansiyası elan edir.
Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
- Müvafiq sahədə 5 il iş təcrübəsi;
- Müvafiq sahədə ali təhsil;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz?
- Elektrik avadanlıqlarının,elektrik dolablarının və sistemlərinin quraşdırılması,texniki baxışı və təmiri ;
- Elektrik şəbəkələrinin fasiləsiz işləməsini təmin etmək və nasazlıqları aradan qaldırmaq;
- Müəssisədə olan elektrik avadanlıqlarının təhlükəsiz istismar qaydalarına uyğun istifadəsini təmin etmək,yaranan problemləri aradan qaldırmaq;
- Avadanlıqların dövri baxışını həyata keçirmək və profilaktik tədbirlər görmək;
- Əməyin mühafizəsi,təhlükəsizlik texnikası,istehsalat sanitariyası və yanğında mühafizə norma və qaydalarına əməl etmək.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Energetika mühəndisi” yazaraq HRGlobal@stp.az elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur.