Kredit Evi ASC

Şirkət haqqında:
Kredit Evi MMC 15.03.2017 tarixində dövlət qeydiyyatına alınmışdır.
05.07.2019 -cu ildən etibarən hüquqi statusunu dəyişərək "Kredit Evi" QSC, 07.09.2023-cü ildən isə "Kredit Evi" ASC-çevirilmişdir.
Kredit Evi ASC olaraq əsas fəaliyyət növümüz qızıl- zinət əşiyaları, telefon, planşet, kompüter, avtomobil girovu ilə kreditləşmə və avtomobil lizinqini həyata keçirməkdir.
Məqsədimiz: İnsanlar arasında heç bir sosial fərq qoymadan bütün müştərilərimiz üçün daima daha keyfiyyətli və etibarlı xidmət göstərməklə onlara daha etibarlı və dayanıqlı tərəfdaş olduğumuzu göstərməkdir.
Hal - hazirda 29 filialımız fəaliyyət göstərir. Bu filiallardan 6-sı Bakı şəhərində, 1-i Sumqayıtda, 22-i isə regionlardadır.
Əlaqə vasitələri:
Xəzinədar
Xəzinədar üçün tələblər:
- Yaş həddi: 21-30 yaş
- Cins: Qadın
- Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);
- İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə);
- Azərbaycan dili yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandı
- Nağd pulla intensiv işləmə bacarığı;
- Microsoft Office proqramlarını bilmək;
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara diqqətlilik.
- Müştərilərlə xoş ünsiyyət bacarığı
Vəzifə öhdəlikləri:
- Nağd pul və digər qiymətlilərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması
- Müştərilərə xəzinə xidməti göstərilməsi.
- Kassa dövriyyəsi haqqında hesabat hazırlanması.
- Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
- Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.
- Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.
Tələblərə cavab verən şəxslər şəkilli CV-lərini (şəkilli cv mütləqdi) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Biləsuvar - Xəzinədar). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.