Novagroup MMC

Şirkət haqqında:
Novagroup MMC 2012-ci ildə təsis olunmuş və tikinti sektorunda fəaliyyət göstərən peşəkar şirkətdir. Şirkətimiz həm açıq havada istifadə olunan taxta işləri (outdoor timber works), həm də daxili təmir-tikinti (fit-out) layihələri üzrə ixtisaslaşmışdır. Biz müştərilərimizə təhlükəsiz və yüksək keyfiyyətli daxili və xarici məkan həlləri təqdim edirik.
Novagroup MMC Azərbaycanda Novawood, Dendro, Rubio Monocoat, Polin kimya, Spaks kimi beynəlxalq brendlərin rəsmi distribyutorudur.
Şirkətimizin fəaliyyət sahələrinə daxildir:
- Tikinti və təmir layihələri
- İnteryer və eksteryer dizayn və istehsalı
- Fasad sistemlərinin satşi və montajı
- Döşəmə örtüklərinin satışı və montajı
- Tikinti materialları və xammalın satışı
Komandamız yüksək təcrübəyə malik mütəxəssislərdən ibarətdir. Biz hər bir layihəyə məsuliyyətlə yanaşır, işimizin keyfiyyəti və müştəri məmnuniyyətini daim prioritet hesab edirik.
Əlaqə vasitələri:
Marketinq və SMM mütəxəssisi
Vəzifə Öhdəlikləri:
- Şirkətin sosial media hesablarının (Instagram, TikTok, Facebook, YouTube və s.) idarə olunması
- Kontentin hazırlanması və yerləşdirilməsi: Reels, Stories, foto və video paylaşım
- Brendin ümumi vizual və mətn üslubunun qurulması və qorunması
- Aylıq kontent planının hazırlanması və təsdiqə təqdim olunması; konsepti formalaşdırmalı
- Meta Ads, TikTok Ads və digər platformalarda reklam kampaniyalarının hazırlanması və idarə olunması
- Auditoriyanın düzgün seçilməsi və reklam hədəflənməsinin qurulması
- Reklam nəticələrinin təhlili, büdcəyə nəzarət və ROI hesabatları
- Mini-lendinglər və müraciət toplama sistemlərinin təşkili (WhatsApp, Direct və s.)
- Bazarın araşdırılması, yeni imkanların axtarışı
- Gündəlik və həftəlik tapşırıqlar üzrə prioritetlərin qurulması və icrasına nəzarət
Tələblər:
- Rəqəmsal marketinq və SMM sahəsində minimum 1–2 il təcrübə
- Sosial media alətləri və reklam platformaları üzrə praktiki bilik (Meta Ads, TikTok Ads və s.)
- Kreativ düşüncə və kontent planlama bacarığı
- Azərbaycan dilində səlis və savadlı danışıq və yazı qabiliyyəti
- Rus dilini bilmək üstünlükdür, ingilis dili arzuolunandır
- Təşəbbüskar və nəticə yönümlü olmaq
- Tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək
- Komanda ilə işləmək və prosesləri sistemləşdirmək bacarığı
- Tikinti, interyer və ya premium məhsullar sahəsində təcrübə üstünlükdür
İş şərtləri:
- İş yeri: Akademik Hasan Aliyev 437 A
- Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə müəyyənləşdiriləcəkdir
- Karyera inkişafı imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Marketinq üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.