İnomarka.az

Şirkət haqqında:
Avtomobillərin, elektromobillərin və digər nəqliyyat vasitələrinin müştərilərin istəkləri və büdcəsinə uyğun Çindən, ABŞ-dan, BƏƏ-dən, Koreyadan, Almaniyadan tapılması və müştərinin istədiyi ünvana çatdırılması.
Əlaqə vasitələri:
Satış və Biznesin İnkişafı üzrə Rəhbər
Inomarka avtosalonu olaraq komandamıza strateji baxışa malik, nəticəyönümlü və liderlik bacarığı olan Satış və Biznesin İnkişafı üzrə Rəhbər axtarırıq. Bu vəzifə satış strategiyasının qurulması, yeni bazarların inkişafı, B2B münasibətlərin gücləndirilməsi və komanda performansının idarə olunması sahəsində aparıcı rol oynayır.
Əsas vəzifə öhdəlikləri:
- Amerika, Cənubi Koreya və Çin ikinci əl avtomobil bazarlarının inkişaf etdirilməsi
- Gömrük, loqistika, broker, trade-in və s. kimi əlavə xidmətlərin inkişaf etdirilməsi
- Bazar və rəqib analizlərinin aparılması, bazar payının artırılmasına dair tədbirlərin görülməsi
- Müxtəlif bazar seqmentlərinə uyğun satış modellərinin hazırlanması və tətbiqi
- Aylıq və illik satış planlarının və hədəflərinin müəyyən olunması
- Satış strategiyasının hazırlanması və mərhələli icrası
- Müştəri münasibətlərinin idarə edilməsinə nəzarət, CRM yanaşmasının təkmilləşdirilməsi
- Lizinq və tərəfdaş şirkətlərlə əməkdaşlığın genişləndirilməsi
- Satış komandası üçün KPI-ların müəyyən olunması və icrasına nəzarət
- Marketinq komandası üçün satışa dəstək məqsədli təklif və briflərin hazırlanması
- Əsas və strateji B2B müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması
- Müştəri məmnuniyyətinin və uzunmüddətli əməkdaşlığın təmin edilməsi
- İtirilmiş müştərilərin yenidən qazanılması üçün strategiyaların hazırlanması
- Satış göstəricilərinin analizi və rəhbərliyə dövri hesabatların təqdim olunması
Namizəddən tələblər:
- Ali təhsil (biznesin idarə olunması, marketinq və ya əlaqəli sahələr üzrə)
- Avtomobil satışı sahəsində minimum 3–5 illik rəhbər vəzifə təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili — Upper Intermediate səviyyəsində
- MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilmək
- Satış strategiyasının hazırlanması və komandada tətbiqi üzrə təcrübə
- Güclü liderlik, qərarvermə və problem həll etmə bacarığı
- Analitik düşüncə və nəticəyə yönəlik iş prinsipi
- İctimai çıxış və danışıqlar aparmaq bacarığı
- Dəqiqlik, məsuliyyət və detallara diqqət
İş şəraiti:
- Əməkhaqqı: Razılaşma yolu ilə
- İş qrafiki: Həftə içi 5 gün (10:00–19:00), 6-cı günlər dəyişkən qrafiklə
- İş yeri: Ağ Şəhərdə yerləşən ofis
Müraciət üçün:
Zəhmət olmasa, CV-nizi, vəzifənin adını (Satış və Biznesin İnkişafı üzrə Rəhbər) və əməkhaqqı gözləntinizi mövzu sətrində qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqdır.