Sirab Satış və Dağıtım MMC

Şirkət haqqında:
”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa,Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Əlaqə vasitələri:
Baş mühasib
Əsas tələblər:
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil
- Minimum 3 il FMCG və ya sürətli istehlak malları sahəsində Baş Mühasib və ya Müvafiq səviyyədə rəhbər mühasibat vəzifəsində təcrübə
- PMS sertifikatı
- Azərbaycan Respublikasının Vergi və Əmək Məcəlləsi üzrə dərin biliklər
- Micro, Logix, 1C, BTP (Vergi portalı), DSMF və Statistika portalları ilə işləmə bacarığı
- Excel və digər MS Office proqramlarında yüksək səviyyədə bilik
- Hesabatlılıq və detala diqqət bacarığı, yüksək analitik düşüncə
- Məsuliyyətlilik, dürüstlük və məxfiliyə ciddi riayət
- Komanda işi və liderlik bacarıqları
İş barədə:
- Vergi, maliyyə və idarəetmə uçotunun dəqiq və tam şəkildə təşkili və aparılması
- AR Vergi Məcəlləsinə uyğun vergi hesabatlarının (ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi, DSMF, işsizlik sığortası və s.) hazırlanması və təqdim edilməsi
- Maliyyə hesabatlarının (balans, mənfəət-zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Dövlət orqanlarına (Vergi, Statistika, DSMF, Məşğulluq və s.) hesabatların vaxtında və düzgün təqdim olunması
- Əməkhaqqı, ezamiyyə, avans və digər əməliyyatların uçotunun düzgün aparılması
- Vergi yoxlamaları, daxili və xarici auditlərə tam hazır vəziyyətin təmin olunması
- Maliyyə risklərinin idarə olunması və potensial vergi sanksiyalarının önlənməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi
- Komandaya rəhbərlik və biliklərin paylaşılması, iş bölgüsünün təşkili
- FMCG sektoruna uyğun olan sürətli əməliyyat dövriyyələrinin yüksək dəqiqliklə uçotu və optimallaşdırılması
Vəzifə üzrə əmək haqqı digər imtiyazlar:
- Nahar şirkət tərəfindən təmin olunur
- 5 günlük iş rejimi; saat 09:00/18:00
- Rəqabətqabiliyyətli əmək haqqı
- Korporativ telefon nömrəsi və danışıq paketi
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5)
Müraciət forması:
- Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Baş Mühasib” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
- Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.