Sirab Satış və Dağıtım MMC

Şirkət haqqında:
”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa,Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Əlaqə vasitələri:
Xərclər üzrə Mühasib (Cost Accountant – FMCG)
Əsas tələblər:
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil
- FMCG və ya istehsalat sahəsində xərclər üzrə mühasib vəzifəsində minimum 2–3 il iş təcrübəsi
- ACCA F3 (Financial Management) üzrə sertifikat və ya bu modulu bitirmiş olmaq mütləqdir
- AR Vergi və Əmək Məcəlləsi üzrə ümumi anlayış və uyğunluq prinsipləri
- Micro, Logix və digər ERP sistemlərində iş təcrübəsi
- Yüksək səviyyədə MS Excel bilikləri (Pivot table, formulalar, analitik təhlil)
- Güclü analitik təfəkkür və təzyiq altında dəqiq işləmə bacarığı
- Məsuliyyətli, sistemli və detallara diqqətli yanaşma
- Komandada işləmə və strukturla əməkdaşlıq bacarığı
İş barədə:
- Xərclərin mühasibat uçotunun qanunvericiliyə və daxili siyasətlərə uyğun aparılması
- İstehsal və qeyri-istehsal xərclərinin bölüşdürülməsi və kateqoriyalar üzrə uçotu
- Planlaşdırılmış və faktiki xərclər üzrə aylıq müqayisəli təhlillərin hazırlanması
- Departamentlər üzrə xərclərin aylıq, rüblük və illik büdcə proqnozlarının hazırlanmasında iştirak
- Büdcəyə nəzarət və kənarlaşmalar üzrə rəhbərliyə məlumat verilməsi
- ACCA F3 (Financial Management) üzrə nəzəri və praktiki biliklərə əsasən xərclərin effektivliyinin analizi
- ERP sistemində (Micro, Logix) əməliyyatların düzgün uçotunun aparılması və hesabatlılığın təmin olunması
- İstehsal maya dəyərinin hesablanması, xammal və əməkhaqqı xərclərinin təhlili
- Maliyyə və audit yoxlamalarına dəstək məqsədilə xərclərlə bağlı əsaslandırılmış sənədlərin hazırlanması
Vəzifə üzrə əmək haqqı digər imtiyazlar:
- Nahar şirkət tərəfindən təmin olunur
- 5 günlük iş rejimi; saat 09:00/18:00
- Rəqabətqabiliyyətli əmək haqqı
- Korporativ telefon nömrəsi və danışıq paketi
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5)
Müraciət forması:
- Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Xərclər üzrə mühasib” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
- Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.