Azerbaijan SuperMarket

Şirkət haqqında:
Hədəfimiz nədir?
Bizim ambisiyamız Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı üzrə həmişə milli dəyərlərə bağlı olan və ölkəyə qürur verən ən etibarlı brend olmaqdır.
Missiya
Biz hədəfimizə necə nail olmağı planlaşdırırıq?
Müştərilərimizi qida, qeyri-qida məhsulları barədə məlumatlandırmaq və beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərməklə yanaşı, bizim məqsədimiz yüksək keyfiyyətli innovativ məhsullar təklif etmək, həmçinin müştərilərimizi ruhlandırmaq, müsbət mənada təəccübləndirmək və həmişə orta gəlirli ailələr üçün münasib qiymətlər təqdim etməkdir.
Dəyərlər
Bizim məramımız nədir və biz necə davranırıq?
Biz:
Populyarıq
Əlçatanıq
Etibarlıyıq
Rahatıq
Liderik
Əlaqə vasitələri:
Rəqəmsal Kontent Mütəxəssisi
Öhdəliklər:
- Sosial media platformaları üçün yaradıcı kontent (mətin, foto, video ssenarisi) hazırlanması
- Hekayələr bölməsində marketdəki kampaniya məlumatlarının daim yerləşdirilməsi
- Bravo-nun müxtəlif layihələrində senarilərin yazılması
- Brend tonuna uyğun orijinal və cəlbedici mətnlərin yazılması
- Kampaniya və məhsul postları üçün kontent planlarının hazırlanması
- SEO uyğun vebsayt və bloq məqalələrinin yazılması
- Vizual komanda ilə sıx əməkdaşlıq edərək dizayna uyğun kontent hazırlanması
- Kontent performansının ölçülməsi və təkmilləşdirilməsi üçün təhlillər aparmaq
- TikTok komandası ilə sıx əməkdaşlıq edilməsi
Tələblər:
- Jurnalistika, Filologiya, Marketinq və ya əlaqəli sahədə ali təhsil
- Sosial media və ya kontent sahəsində minimum 2 illik təcrübə
- Kreativ və analitik düşüncə tərzi
- Səlis və düzgün yazı bacarığı
- Müasir sosial media trendləri və alətləri ilə tanışlıq
- Komandada işləmək bacarığı və yüksək məsuliyyət hissi
- Agentlik təcrübəsi olması arzuolunandır
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Rəqəmsal Kontent Mütəxəssisi” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.