Mars Overseas Baku

Şirkət haqqında:
Mars Overseas, hər bir ailənin süfrəsində yer alan yüksək keyfiyyətli məhsulları istehsal edən və satışını həyata keçirən nüfuzlu bir şirkətdir.
Şirkət öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır. Eyni ildə qida & içki sektorunda dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Pepsico” ilə bağlanan tərəfdaşlıq müqaviləsinə əsasən Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahibdir. Günümüzədək bu dəyərli tərəfdaşımızla əlaqələrimizi daha da genişləndirməyə və gücləndirməyə əzmlə müvəffəq olmuşuq.
Şirkətimizin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və qəlyanaltıların istehsalı və satışıdır. Uzun və keçməkeşli bir yol qət edərək içki sektorunda bazarın aparıcı şirkətlərindən birinə çevrilmişik. Bütün regionları əhatə etmək və öz müştərilərimizə daha yaxşı xidmət göstərmək məqsədilə regionlarda distributorlarla əməkdaşlığımızın sayını gündən-günə artırırıq.
“PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.
Əlaqə vasitələri:
Təlim və inkişaf üzrə baş mütəxəssis
Vəzifənin Məqsədi:
- Şirkətin strateji məqsədlərinə uyğun olaraq əməkdaşların bilik, bacarıq və potensialının inkişafını təmin etmək məqsədilə təlim və inkişaf fəaliyyətlərinin planlaşdırılması, icrası və qiymətləndirilməsi.
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin ehtiyaclarına əsasən illik təlim və inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi
- Təlim ehtiyaclarının qiymətləndirilməsi və uyğun proqramların hazırlanması
- Daxili və xarici təlim təminatçıları ilə əməkdaşlığın qurulması
- Təlim proqramlarının təşkil olunması və icrasına nəzarət
- Təlimlərin effektivliyinin qiymətləndirilməsi və hesabatların hazırlanması
- Liderlik inkişafı, mentorluq və davamlı tədris təşəbbüslərinin hazırlanması
- Yeni işçilər üçün oriyentasiya proqramlarının hazırlanması və tətbiqi
- İR komandası və digər departamentlərlə sıx əməkdaşlıq edərək, təşkilati inkişaf təşəbbüslərinin dəstəklənməsi
- Qlobal və yerli Təlim və İnkişaf trendlərinin izlənməsi və tətbiq edilməsi
Tələb olunan bilik və bacarıqlar:
- Təlim və inkişaf, insan resursları, psixologiya və ya oxşar sahə üzrə ali təhsil
- Bu sahədə minimum 4 il iş təcrübəsi
- Təlim ehtiyaclarının təhlili və proqramların dizaynı sahəsində təcrübə
- Güclü təqdimat və ünsiyyət bacarıqları
- Azərbaycan dilində səlis, ingilis dilində yaxşı danışıq və yazı bacarığı
- MS Office, xüsusilə PowerPoint və Excel proqramları bilikləri
- Dəyişikliklərin idarə olunması və liderlik inkişaf proqramlarının icrasında təcrübə
- Beynəlxalq təlim və ya kouçinq sertifikatlarları olan namizədlərə üstünlük veriləcək
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Təlim və inkişaf üzrə baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.