AzStudy

Şirkət haqqında:
AzStudy xaricdə təhsil mərkəzidir. Türkiyə, Ukrayna, Rusiya, Avropa ölkələri, ABŞ ve bir çox ölkələrdə təhsil almaq istəyən tələbələrə dəstək olur. 10 ildən çoxdur ki, fəaliyyətdədir.
Əlaqə vasitələri:
Xaricdə təhsil üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Xaricdə təhsil almaq istəyən tələbələrə universitetlər, ixtisaslar və ölkələr barədə ətraflı məlumatın verilməsi
- Tələbələrin sənədlərinin toplanması və müraciət prosesinin idarə olunması
- Universitetlərlə və dil məktəbləri ilə yazışmaların aparılması
- Sosial media və təqdimat tədbirlərində iştirak edərək şirkətin təhsil proqramlarının tanıdılması
- Rəhbərliyə həftəlik və aylıq hesabatların təqdim olunması
Namizədə tələblər:
- Ali təhsil
- Xaricdə təhsil sahəsində minimum 1 il iş təcrübəsi (üstünlükdür)
- Yaxşı səviyyədə ingilis dili biliyi (digər xarici dillər üstünlükdür)
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- Təşkilatçılıq və müştəri yönümlü düşüncə tərzi
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
- Məsuliyyətli, operativ və komandada işləmə bacarığı
Təklif etdiklərimiz:
- Stabil əmək haqqı və bonus sistemi
- Peşəkar iş mühiti
- Xarici partnyorlarla iş təcrübəsi və inkişaf imkanları
- Rəsmi əmək müqaviləsi və sosial təminat
Uyğun namizədlər öz CV formlarını vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilər.