Tegeta Motors Baku

Şirkət haqqında:

Tegeta Motors daim inkişafa və təkmilləşdirməyə diqqət yetirir. 22 ildir uğurla fəaliyyət göstərən biznes qrupu bu gün Gürcüstanda avtomobil məhsulları və xidmətləri sahəsində liderdir. Şirkət Cənubi Qafqaz bazarında da uğurla fəaliyyət göstərir.

2017-ci il fevral ayı tarixində  Gürcüstan şirkəti  Tegeta Motors tərəfindən  qurulan Tegeta Motors Baku təmir, texniki qulluq və ehtiyat hissələrinin satışında aparıcı yer tutur.
Azərbaycanın qabaqcıl şirkətlərindən birinə çevrilərək, qısa bir müddətdə istifadəçilərin rəğbətini qazanmışdır. Yalnız ehtiyat hissələrinin pərakəndə satışı deyil, korporativ satış ilə məşğul olan Tegeta Motors Baku  tikinti, yük və neft sektorunda aparıcı şirkətlərlə əməkdaşlıq edir.
 Tegeta Motors Baku, Çin, Rusiya, Türkiyə və bir çox Avropa ölkələrinin keyfiyyətli məhsullarını müştərilərə təklif edərək, yüksək xidmətlə müştəri istəklərini doğrultmaqdadır.

Əlaqə vasitələri:

Tender üzrə mütəxəssis

Namizədə olan tələblər:    

  • Təhsil: Ali;     
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi olmalı;
  • Ofis proqramlarını əla səviyyədə bilməli;
  • Azərbaycan və rus dilləri səlis, ingilis dilini yaxşı səviyyədə bilməli;
  • Elektron hökümət portalı ilə işləyə bilmə bacarığı;
  • Bazar araşdırması etməyi bacarmalı.

Vəzifə öhdəlikləri:  

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender sənədlərinin təmin edilməsi üçün struktur bölmələrlə düzgün koordinasiyanın təmin edilməsi;
  • Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi, yazışmaların və danışıqların aparılması;
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
  • Tender prosesi zamanı şirkətin təmsil olunması;
  • Tender proseslərinin gedişatı və nəticələri haqqında illik və aylıq hesabatların hazırlanması.

İş şərtlərimiz: 

  • Əmək haqqı: müsahibə əsasında;
  • İş qrafiki : Həftəiçi 5 gün (09:00-18:00);   
  • Korporativ nömrə  müəssisə tərəfinfən təmin olunur
  • Ünvan: Qaradağ rayonu, Lokbatan dairəsi,  Salyan şossesi 14 km.   

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tender üzrə Mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.

Telefon: +994512079888

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap