Araz Supermarket

Şirkət haqqında:
Yurdumuzun doğma marketi “Araz” supermarketlər şəbəkəsi müştəri məmnuniyyətini hər şeydən üstün tutur.
Bizim missiyamız və vizyonumuz
Xalqımıza xidmət etmək, milli iqtisadiyyatımızın inkişafına dəstək olmaq, sahibkarların istehsal etdiyi keyfiyyətli məhsulları istehlakçılara təqdim etmək, sağlam rəqabət şəraitində xidmət və pərakəndə sektorunu dünya təcrübəsinə uyğun inkişaf etdirmək.
Əlaqə vasitələri:
Satınalma Mütəxəssisi
Öhdəliklər:
- Tədarükçülərə təyin olunmuş stok-günə əsasən hesablanmış ehtiyacları sifariş halında təqdim etmək
- Sifarişin təmin olunmasını təşkil etmək
- Müqavilələrin hazırlanması
- Etiketlərin tərcüməsi
Tələblər:
- Ali təhsil
- 1-2 il təcrübə
- Rus dilini bilmək vacibdir
- Sürətli mənimsəmə qabiliyyəti
- Sərbəst və kollektiv ilə çalışma bacarığı
- Məsuliyyət
- İşgüzarlıq
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Satınalma Mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.