Kristal Abşeron
Şirkət haqqında:
Şirkət haqqında
2003-cü ildən “Kristal Abşeron” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb.
Bu gün “Kristal Abşeron” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkətimiz qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurla çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir.
İndiki və gələcək nəsillərin yaşayacağı dövrə uyğun keyfiyyətli binalar inşa edərək cəmiyyətin sosial həyatına dəstək olmağa çalışan “Kristan Abşeron” üçün sakinlərinin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrdən biridir.
Əlaqə vasitələri:
Anbar üzrə operator
Vəzifə öhdəlikləri:
- Anbara gələn sifarişlərin mövcüd olub olmamasının yoxlanması;
- Anbara daxil olan mal və yüklərin qeydiyyata alınması və digər proseslər üçün sistemdə müvafiq əməliyyatlar aparılması;
- Malların qeydiyyatında və ya qəbul olmasında hər hansı problem çıxdıqda məsul şəxsin məlumatlandırılması;
- Malların anbarda yığım və düzülüşünün nizamlı şəkildə edilməsinə riayət edilməsi;
- Anbarda olan məhsulların sayının və hesabatının rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Rizayi bilikləri;
- Mükəmməl səviyyədə Azərbaycan dili, Rus dili arzuolunandır;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Anbar üzrə operator” üzrə yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.