Backend üzrə baş proqramçı - qrup rəhbəri
İş yeri: İcbari Sığorta Bürosu
İş yeri: Bakı.
Vəzifə öhdəlikləri:
- Backend komandasının idarə olunması və gündəlik texniki tapşırıqların koordinasiyası;
- Java proqramlaşdırma dili və Spring Framework çərçivəsində layihələrin hazırlanması və inkişaf etdirilməsi;
- Mikroservis arxitekturasına əsaslanan sistemlərin hazırlanması və onların inteqrasiyası;
- REST və SOAP interfeyslərinin hazırlanması və sistemlərə inteqrasiyanın həyata keçirilməsi;
- SQL və NoSQL bazaları üzərində məlumatların idarə olunması və sorğuların optimallaşdırılması (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis);
- Hibernate ORM vasitəsilə məlumatların idarə edilməsi;
- Effektiv unit, inteqrasiya və API testlərinin yazılması;
- ActiveMQ və digər mesajlaşma sistemləri ilə işləmək (RabbitMQ, Apache Kafka – arzuolunandır);
- Mövcud sistemlərin texniki dəstəklə təmin olunması və yeni funksionallıqların əlavə edilməsi;
- Debugging, log oxuma və sistem xətalarının diaqnostikası;
- Build və dependency idarəetmə alətləri ilə işləmək (Maven, Gradle);
- Docker və Kubernetes mühitində tətbiqlərin yerləşdirilməsi və idarə olunması (arzuolunandır);
- Apache Tomcat və digər veb serverlərlə işləmə təcrübəsi (arzuolunandır);
- Linux əməliyyat sistemi üzrə əsas səviyyədə biliklər və sistemdə tətbiqlərin yerləşdirilməsi;
- Texniki sənədlərin hazırlanması və kodun keyfiyyətinə nəzarət;
- Komanda daxilində texniki biliklərin paylaşılması və inkişaf etdirilməsi.
Namizədə dair tələblər:
Təhsil və Təcrübə:
- Ali təhsil (kompüter elmləri, proqram mühəndisliyi və ya əlaqədar sahələr);
- Java proqramlaşdırma dili və Spring Framework üzrə minimum 3 il real iş təcrübəsi;
- Komanda idarəçiliyi və texniki liderlik təcrübəsi üstünlükdür.
Texniki Bacarıqlar:
- Java SE və OOP prinsipləri üzrə möhkəm nəzəri və praktiki biliklər (class, inheritance, exception handling və s.);
- Obyektyönümlü proqramlaşdırma, S.O.L.I.D prinsipləri və Design Patterns üzrə dərin biliklər;
- Spring Framework ilə iş təcrübəsi (Spring Boot, Spring MVC və s.);
- Mikroservis arxitekturası və API Gateway həlləri üzrə bilik və təcrübə;
- Verilənlər bazası sistemləri üzrə təcrübə: PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis;
- REST və SOAP API-lərin yaradılması və istifadəsi üzrə təcrübə;
- Hibernate ilə ORM bilikləri;
- Maven ilə layihələrin build və dependency idarəsi;
- ActiveMQ, RabbitMQ, Apache Kafka kimi mesaj brokerləri ilə işləmə bacarığı (Kafka – arzuolunandır);
- Docker və Kubernetes üzrə ümumi anlayış və istifadə təcrübəsi (arzuolunandır);
- Apache Tomcat və digər veb serverlər üzrə təcrübə (arzuolunandır);
- Linux əməliyyat sistemində işləmə bacarığı (tətbiqlərin yerləşdirilməsi, konfiqurasiya və idarəetmə);
- Unit, inteqrasiya və API testləri üzrə təcrübə;
- Debugging və log analiz etmə bacarığı;
- Git vasitəsilə versiya nəzarəti və komanda ilə işləmə bacarığı.
Dil bilikləri:
- Azərbaycan dili – əla
- İngilis dili – yaxşı
- Rus dili – arzu olunandır.
Yumşaq bacarıqlar:
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Komanda ilə işləmək və liderlik etmək bacarığı;
- Effektiv ünsiyyət və təşkilatçılıq bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik və qərarvermə qabiliyyəti;
- Tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək bacarığı.
Namizədlər mövzu hissəsində "Backend üzrə baş proqramçı - qrup rəhbəri" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət edə bilərlər.