Seratonia

Şirkət haqqında:
Dəbdəbə və münasibliyin ünvanı kimi tanınan "SERATONİA" şirkətimiz 2013-cü ildən Azərbaycan bazarında fəaliyyət göstərir.
Dünyanın aparıcı keramoqranit istehsalçılarının məhsullarını Seratonia brendi altında birləşdirən komandamız müxtəlif teksturalı
kafel, metlax, keramoqranit, fasad üzlükləri və dekor xalçadöşəmələrini münasib qiymətlərlə müştərilərə təqdim edir.
Biz Azərbaycan istehlakçısına müxtəlif ölçü və teksturada, ənasası, keyfiyyət göstəricilərini öndə tutaraq sanuzel, mətbəx,
pilləkan, dekorativ keramikalar, eyni zamanda, fasad üzlükləri,travertin təklif edirik. Əsasən, Hindistan, Türkiyə, İran və Çin
istehsalı olan keramoqranitlərimiz sıxlıq, qalınlıq, rəngsolmazlığı baxımından rəqiblərimizdən fərqlənir.
Əlaqə vasitələri:
Təchizatçı
Təsvir
- Şirkətin sturuktur bölmələri tərəfindən daxil olan tələblər üzrə tələbnamələrin dəqiqləşdirilməsi;
- Potensial satınalma gecikmələrinin qarşısının alınması, müəssisənin fəaliyyət cədvəlinə təsirinin azaldılmasına görə vaxtında tədbirlərin görülməsi;
- Bazarda mövcud olan şirkətlərlə qiymət sorğularının və tender müsabiqələrinin aparılması;
- Daxili və xarici bazarın araşdırılması və lazımi təchizatçı və podratçı bazasının yaradılması və müntəzəm olaraq yenilənməsinə nəzarət edilməsi;
- Müqavilələrin, xüsusilə alqı, satqı və xidmət müqavilələrinin hazırlanmasında sənədlərin təşkil edilməsi, satınalma şərtləri və qaydalarının müqavilədə öz əksini tapmasına nəzarət edilməsi, həmçinin bağlanmış müqavilələrin idarə olunmasının təmin edilməsi;
- Dövlət rəsmi qurumları ilə sənədləşmə işlərinin təşkili;
- Şöbə rəhbərliyinə hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqların icrası.
Tələblər
- Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan, rus, ingilis dillərində ünsiyyət və yazı bacarığı;
- Microsoft Office (Word, Excel, Outlook, Power Point) və 1C proqramlarını peşəkar istifadə bacarığı;
- Xarici satınalmalarda təcrübə mütləqdir;
- Məsuliyyətlilik və hesabatlılıq; dəqiqlik, təşəbbüskarlıq və çeviklik;
- Yalnız və komanda ilə effektiv işləmə bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Əmək haqqı - 700-1000 Azn
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər