Omnitech

Şirkət haqqında:
Omnitech – pərakəndə satış, bank, maliyyə, “Fintek” və “HoReCa” kimi müxtəlif biznes sahələri üçün avadanlıq və proqram təminatının tətbiqi istiqamətində fəaliyyət göstərən innovativ şirkətdir. AR Dövlət Vergilər Xidməti tərəfindən 2019-cu ildən etibarən Omnitech şirkəti “E-Kassa Operatoru” statusu almışdır.
Omnitech şirkəti, qanunla müəyyən edilmiş tələblərə cavab verən ticarət avadanlıqlarını və müvafiq proqram təminatlarını satmaq hüququna malikdir. Hal-hazırda şirkətin təcrübəli mütəxəssisləri gələcəyin tələblərinə cavab verən qabaqcıl texnologiya və yenilikləri sahibkarlara peşəkarlıqla təklif edir. Omnitech şirkəti dünya şöhrətli brend-istehsalçıları ilə əməkdaşlıq edərək onların avadanlıqlarının regionda satışını həyata keçirir.
İşimizin əsas prinsipləri səmərəlilik, çeviklik və dəqiqlikdir. Məqsədimiz müştərilərimizə keyfiyyətli xidmətlər göstərmək və onların fəaliyyətlərini asanlaşdırmaqdır.
Əlaqə vasitələri:
Əməliyyat üzrə operator
İş şəraiti:
- Ünvan: Əhməd Rəcəbli 2/26, Bakı
- Əmək haqqı: 400-500 azn
- İş qrafiki: həftədə içi 5 gün,
- Saat: 09:00-dan 18:00-dək
İş barədə məlumat:
- Karguzar işinin təşkili və şöbə daxili sənədlərlə işləmək;
- Qeydiyyat üzrə karguzarlığı aparmaq;
- Müştəri tərəfindən gələn müraciətləri qəbul etmək və sualları cavablandırmaq;
- Müvafiq reystrdə məlumatların toplanması;
- İş çərçivəsində şöbə rəhbərinin verdiyi tapşırıqları icra etmək;
- Şirkətin daxili nizam-intizam qaydalarına riayət etməsi;
Tələblər:
- Yaş həddi: 21 - 28
- Təhsil: Ali təhsil
- Ali təhsil (universiteti yenicə bitirən tələbələr müraciət edə bilər);
- Ünsiyyətçilik və səlis danışıq səriştəsi olan;
- Komandada işləmək bacarığı olan;
- MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti olan;
- Məsuliyyətli və dəqiq olmalı;
- Dil bilikləri- Azərbaycan dili-əla; Rus dili-əla;
Əlaqə nömrələri:
- Telefon: (051) 226-94-79
- Daxili nömrə: (012) 310-17-11
Yalnız uyğun namizədlər cv formalarını “Əməliyyat üzrə operator” yazaraq Müraciət Et düyməsində göstərilən poçt ünvanına göndərə bilər.