Columba

Şirkət haqqında:
Logistika, anbar və daşınma xidmətləri.
Əlaqə vasitələri:
Nəqliyyat üzrə menecer
Vəzifə öhdəlikləri:
- Sistemdə qeyd olunan sifarişlər üzrə səmərəli marşrut planını qurmaq
- Sistemə daxil olan sifarişləri ərazi üzrə səmərəli və düzgün, planlı şəkildə qruplaşdırmaq
- Marşrut planının sürücülər arasında səmərəli bölünməsi
- Sürücülərin gündəlik iş qrafikinə nəzarət
- Daşınma üçün tələb olunan sənədlərin hazırlanması
- Sifarişlərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutları izləmək
- Ərazi üzrə bölünən avtomobilləri gün ərzində nəzarətdə saxlamaq, çıxan problemləri operativ həll etmək;
- Sifarişlərin təyinat nöqtələrinə çatmasını, sənədləşmənin düzgün aparılmasını gün ərzində izləmək və nəzarət etmək;
- Mütəmadi olaraq sürücülərlə təlimatlandırıcı görüşləri keçirmək, avtomobillərin düzgün istismarı barədə təlimatlandırmaq;
- Sürücü və sürücü köməkçisi heyətinin iş qrafikinə nəzarət etmək.
- Xərclərin təhlili və şirkətin nəqliyyat xərclərinin azaldılması üçün tədbirlərin işlənib hazırlanması
- Nəqliyyat xidmətləri bazarının monitorinqi
- Avtomobildə baş verə biləcək nasazlıqlarla əlaqəli şəxslərə məlumat vermək, təmiri təşkil etmək və izləmək
- Nəqliyyat vasitələrinin və sürücülərin sistemdə izlənilməsi
- Sürücülərin axtarışı və işə qəbulunda aktiv iştirak
Tələblər:
- Ali təhsil (Logistika, Nəqliyyat mühəndisliyi, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
- Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- MS Office proqramlarından istifadə bacarığı;
- Məsuliyyətli, dəqiq, çalışqan və komannı idarə etmək bacarığı;
- Planlı işləmə bacarığı,işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
- Logistika və təchizat zənciri əməliyyatlarında praktiki təcrübə;
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş vaxtı: 6 günlük iş rejimi, iş saatı 09:00-18:00;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Nəqliyyat üzrə menecer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.