Avrora
Şirkət haqqında:
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
“Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “Heinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribüter fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.
Əlaqə vasitələri:
Daxili Nəzarət üzrə kiçik mütəxəssis
Əsas vəzifə öhdəlikləri:
- İş proseslərinin müşahidəsi zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasında iştirak edilməsi;
- Təşkilatın daxili nəzarət sisteminin tətbiqinin müşahidə edilməsi;
- İllik sayım planına əsasən nəzərdə tutulmuş anbar sayımlarında iştirak edilməsi;
- Periodik olaraq anbar sahələrinə ziyarətlərin edilməsi, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması istiqamətində rəhbərlərin məlumatlandırılması;
- Şöbə Rəhbəri tərəfindən verilmiş təlimatlar əsasında komissiyaların tərkibində yoxlamalarda iştirak edilməsi;
- Anbarlarda mal və materialların silinmə prosesində iştirak edilməsi;
- Bütün növ iş sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi;
- Daxili nəzarət mühitinin qiymətləndirilməsinə dair tapşırıqların yerinə yetirilməsi;
- Şirkət rəhbəri və aidiyyatı struktur rəhbəri tərəfindən şirkət hədəflərinə xidmət edən digər tipli yoxlamaların icrasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Komandada işləmək bacarığı
- İşinə dəqiq, məsuliyyətli yanaşma
- Analitik düşüncə;
- MS Office proqramları (Word, Excel və s.) üzrə biliklər.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali;
- İş təcrübəsi: Sahə üzrə iş təcrübəsinin olması üstünlükdür.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş yeri: Aşıq Molla Cümə, 46C.
- İş saatı: 09:00-18:00.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət üzrə kiçik mütəxəssis” yazaraq Müraciət et düyməsin qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.