SRC LLC

Şirkət haqqında:
"SRC" MMC Azərbaycanda rəsmi "SIXT" franşizasını təmsil edir
"SIXT" yüksək keyfiyyətli avtonəqliyyat xidmətləri göstərən aparıcı beynəlxalq provayderdir. "SIXT" şirkəti 1912-ci ildə Almaniyanın Münhen şəhərində qurulmuşdur.
"SIXT" dünyanın ilk və ən nüfuzlu beynəlxalq avtomobil icarəsi şirkətlərindən biri olaraq - 100 ildən artıqdır ki fəaliyyət göstərir.
Bu gün 2200-dən çox filialları olan 105-dən artıq ölkədə təmsil olunuruq. Demək olar ki, dünyanın hər bir böyük şəhərində və dünyanın hər yerində "SIXT" avtomobil icarəsi xidməti göstərməkdədir
SIXT brendi ilə biz Azərbaycana dünya standartlarını, bu sahədə olan ən yaxşı təcrübəni və SIXT brendinin tarixini gətiririk.
- Yerli təcrübə və resursları, beynəlxalq standartları və SIXT brendinin təcrübəsini birləşdirərək, şirkətimiz icarə bazarında həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə yüksək mövqe tutmağa hazırdır.
- Yalnız - SIXT App. – tətbiqi ilə biz, 200,000-dən çox nəqliyyat vasitəsini və onlara bağlı təxminən 1.5 milyon sürücünü dünyanın 105-dən çox ölkəsində müştərilərimizə rəqəmsal girişlə təklif edirik. SIXT, öz avtomobilləri ilə yanaşı, 1500-dən çox mobil tərəfdaşın xidmətlərini də birləşdirərək, mobillik üçün strateji, davamlı və gələcəyə dayanan bir ittifaq yaradır. Dünyanın hər yerində, hər zaman fəaliyyətimizin mərkəzində olan müştərilərimizə hər gün fərdi, çevik və sərhədsiz mobillik təklif edərək, öz avtomobillərinə həqiqi bir alternativ yaradırıq. SIXT – hərəkətdə olan mobillik.
- Biz qiymət təklifləri və şərtlər baxımından güzəştə getməyə hazırıq, lakin keyfiyyət baxımından heç vaxt güzəştə getmirik. Buna görə, şirkətimiz müştərilərinə yeni nəqliyyat vasitələri, tam texniki dəstək, həmçinin tam sığorta paketi təqdim edir.
- Biz hal-hazırda Socar Downstream, SOCAR-Foster Wheeler Engineering, Silk Way West Airlines, Silk Way Airlines, LUKOIL[1]Azerbaycan, Gənclər və İdman Nazirliyi, PASHA Development, PASHA Sığorta, Tecnicas Reunidas, Baku City Circuit, Avromed, NESS Co., Azersun Holding, PMD Projects, KOLIN İnşaat, JW Marriott Hotel, The Ritz-Carlton Hotel, Four Seasons Hotel və bir çox yerli və beynəlxalq şirkətlərə xidmət göstəririk.
- SİXT brendi ilə tərəfdaşlığımız barədə bütün lazımi məlumatlar tələb olunduqda təqdim edilə bilər
Əlaqə vasitələri:
Mühasib
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun mübəlif sahələri üzrə güdəlik əməliyyatların aparılması;
- Pul vəsaitlərinin və əmtəə-maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatların uçotda düzgün əks etdirilməsi;
- Aylıq, rübülük və illik vergi, DSMF, statistika hesabatlarının hazırlanması və aidiyyəti dövlət orqanlarına təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyət, müavinət və digər ödənişlərin hesablanması və həyata keçirilməsi;
- Məcburi dövlət sosial sığorta və digər icbari ödənişlərin hesablanması və ödənişi;
- Təchizatçılar, işçilər və təhtəlhesab şəxslərlə hesablaşmaların aparılması, avans ödənişlərinin düzgün uçotu;
- Kreditor və debitor borclar üzrə hesablaşmaların və ödəniş sənədlərinin hazırlanması;
- Mühasibatlığa daxil olan və çıxan hesab-fakturaların qeydiyyatı və arxivləşdirilməsi;
- Bank, kassa və digər əməliyyatların ilkin sənədlər əsasında 1C proqramında vaxtında və düzgün qeyd olunması;
Namizədə tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya əlaqəli sahələr üzrə);
- Mübafiq sahədə 3-5 il iş təcrübəsi;
- Ofis proqramları və 1C proqramı üzrə işləmə bacarığı.
İş şəraiti və şərtlər:
- İş qrafiki: Həftə içi: 10:00 – 18:00, Şənbə: 10:00 – 15:00
- Əmək haqqı 1400 – 1600 AZN
- İş yeri: Bakı şəhəri, Zərifə Əliyeva kücəsi 107 A
Vakansiya ilə maraqlanan namizədlərdən mövzu hissəsində “Mühasib” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur: