Şam - Fi MMC

Şirkət haqqında:
“Şam-Fi” MMC 2004-cü ildə yaranmışdır. İlk zamanlar topdan satış mərkəzi kimi fəaliyyətə başlayan şirkətimiz qısa müddət ərzində inkişaf edərək yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət şirkətinə çevrilmişdir.
Daha sonra istehlakçılara daha yüksək səviyyəli xidmət göstərmək və keyfiyyətli brendlərin Azərbaycan vətandaşlarının istifadəsinə təqdim edə bilmək məqsədilə şirkətimiz distribüter fəaliyyətinə qədəm qoyur. Başlanğıcda yalnız Türkiyə Respublikasından qıda məhsullarının idxalı ilə fəaliyyətə başlayan şirkətimiz, hazırda əməkdaşlıq etdiyi ölkələrin siyahısına Rusiya Ukrayna, Almaniya, Hollandiya, Fransa, İtaliya, Belçika, Misir və s. kimilərini əlavə etmişdir.
Əlaqə vasitələri:
Operator (faktura-kontrol)
Vəzifə öhdəlikləri:
- Satış, iadə və təhvil-təslim sənədlərinin (qaimələrinin) çatdırılma əməkdaşlarından gündəlik hesabat üzrə qəbul edilməsi;
- Gündəlik gələn fakturaların üzləşdirilməsi;
- Aşkarlanan problemlərlə bağlı tədbirlərin görülməsi.
Tələblər:
- Ali təhsil;
- Başlanğıc səviyyədə MS Excel biliyi;
- Məntiqi-analitik düşüncə qabiliyyəti;
- Riyazi biliklər mütləq olmalıdır.
Təminatlar:
- Nahar yeməyi
- Korperativ nömrə
Vakansiya haqqında əlavə məlumat:
- 5 günlük ofisdaxili iş şəraiti və iş qrafiki.
- Əmək haqqı: 400-500.
- İş yeri: Güzdək qəsəbəsi.
Universiteti yeni bitirmiş, gələcəkdə kariyerasını Təftiş, Audit sahəsi üzrə davam etdirməyi planlaşdıran xanım namizədlərə üstünlük verilir.
Uyğun namizədlərdən mövzu hissəsində “Operator (faktura-kontrol)’’ qeyd edərək, Müraciət Et düyməsində qeyd olunan mail ünvanına müraciət etmələrini xahiş edirik.