Nadias Patisserie

Şirkət haqqında:
Nadias Patisserie 2020-ci ilin sentyabr ayından fəaliyyət göstərir.
Bu az müddət ərzində müştərilərin güvənini qazanaraq Nadias Patisserie mütəxəssislərlə, peşəkar ustalarla ve heykəltaraşlarla çalışır.
Biz məmnuniyyətlə bayramların sevincinə eksklüziv şirniyyatlar qatmaqla, istəyinizə görə fərdi tərtibatla
fərqlənən, bəzədilmiş, eləcə də üzərinə təsvir və ya rəsm vurulmuş müxtəlif növlü tortlar hazırlayırıq.
Bu əsrarəngiz şirniyyatlar və tortlar ad günləri, toy mərasimləri, korporativ yığıncaqlar və digər bayram tədbirlərinin əsl bəzəyi olacaq.
Gündəlik həyatıza hər gün bizim biri birindən fərgli çeşidli dizaynlı vitrin tortlarımız və desertlərimiz çay süfrənizə və anidən
getdiyiniz qonaglıq süfrənizə ləzzət qata bilər.
Şirniyyat mağazamızda satılan bütün məhsullar, yüksək keyfiyyətli inqrediyentlərdən bütün ərzaq istehsalı normalarına əməl edilməklə hazırlanaraq İSO standartlarına görə sertifikatlaşdırılıb.
Butikimizin açılışı hələki bir filial olmaqla, gələcəkdə böyük şəbəkə açılması nəzərdə tutulub.
Əlaqə vasitələri:
Operator
Tələblər:
- Müvafiq sahədə minimum 1 il təcrübəyə sahib olmalı;
- Tələbə olmamalıdır.
- Azərbaycan və rus dillərində (üstünlük təşkil edir) sərbəst danışıq bacarığı;
- Yaxşı ünsiyyət bacarıqları və komanda mühitində işləmək bacarığı;
- Çevik, məsuliyyətli ən əsası enerjili olmağı bacarmaq.
- Ünsiyyətcil olmaq və kollektivlə birgə işləməyi bacarmaq.
İş barədə məlumat:
- Məhsullar haqqında lazımi məlumatların öyrənilməsi
- Müştərilərə düzgün və dolğun məlumatın səlis təqdim edilməsi
- Gələn zənglərin və müraciətlərin cavablandırılması
İş qrafiki:
- Həftədə 6 gün iş, 1 gün istirahət
- Saat:13:00 -22:00
- Əməkhaqqı: 500 azn + bonus
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.