Qaya Safety Solutions

Anbardar (Təchizat və Logistika şöbəsi)
Əmək haqqı 1000 AZN net (Namizədlərin bilik və təcrübəsi əsasında əmək haqqı müsahibə zamanı danışılacaq).
İş barədə məlumat:
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərinin yerinə yetirilməsi;
- 1C proqramında məlumatların dəqiq və vaxtında işlənməsi;
- Anbar sənədlərinin (qaimə-faktura, təhvil-təslim aktı və s.) düzgün tərtib olunması;
- Anbarda səliqə-sahmanın və təhlükəsizlik qaydalarının təmin edilməsi;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
- Mal - materialları inventarizasiya təlimatına uyğun hazırlamaq, təşkil etmək və inventarizasiya prosesində iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və yararsız olmuş mal -materialları təyin etmək və onlar barədə müvafiq izahatı bir başa rəhbərinə məlumat vermək;
Namizədə tələblər:
- Microsoft Office proqramlarından Excel və Word-də sərbəst işləmək bacarığı;
- Rus dili biliyi üstünlükdür;
- Araşdırma, analiz və təhlil bacarığı;
- 1C 8.3 proqram təminatında işləmə bacarığı;
- Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı;
- Prosesi idarəetmə bacarığı;
Əmək şəraiti:
- İş yeri: Cəbrayıl rayonu;
- İş qrafiki 5 günlük;
- Servis, nahar və qalmaq üçün şərait təmin edilir;
- Tibbi Sığorta;
- Sahə şəraitində işləmə imkanı.
Müraciət üçün: Maraqlanan namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində "Anbardar" yazmağınız xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.