ATS Food

Şirkət haqqında:
“Agro Trade Supply” (ATS) ölkəmizin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq edən və alıcılara yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təklif edən şirkətlər qrupudur. Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirmək, yerli əhalinin gəlirlərini artırmaq və bu yolla ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdir.
Şirkətin strukturuna un dəyirmanı, kombinə edilmiş 2 qüvvəli yemlər zavodları, soya emalı zavodu,qarğıdalı emalı fabriki və toxum emalı zavodları daxildir. Bundan başqa, ATS Qrup, 11 min hektarda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur. ATS Qrupa daxil olan “Abşeron-Taxıl” un dəyirmanında il ərzində 100 min ton yüksək keyfiyyətdə həm zavod çörəyi, həm də təndir çörəyi üçün un istehsal edilir.
Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirmək, yerli əhalinin gəlirlərini artırmaq və bu yolla ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdən ibarətdir.
Əlaqə vasitələri:
İstehsalat Müdiri
Vəzifə öhdəliyi:
- İstehsal prosesləri ilə bağlı nəzarət mexanizmini həyata keçirir;
- İstehsal olunmuş məhsulların istehlakçıya ötürülməsində bilavasitə iştirak və nəzarət edir;
- İstehsalat komandasının idarə edilməsi, növbəlilik iş rejimlərinin qurulması, problemlərin aradan qaldırılması, iş bölgüsü, əmək intizamının təmin edilməsi;
- İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edir;
- Təyin olunmuş hədəflərin gedişatını izləyir, kənarlaşmaları müəyyən edir, hədəfə nail olmaq üçün bütün potensiallardan istifadə edir;
- İstehsalın təşkilinin təkmilləşdirilməsi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasını təmin edir;
- İstehsalatın səmərəliliyinin artırılmasını, məhsul istehsalına maddi, maliyyə və əmək sərfinin azaldılmasını, ehtiyatlardan səmərəli istifadə edilməsini təmin edir.
- Sahənin istehsal fəaliyyəti üzrə hesabatın vaxtında tərtib və təqdim olunması, əməyin normalaşdırılmasının yaxşılaşdırılmasına nəzarət edir;
- Həvəsləndirmə sistemlərindən düzgün istifadə edilməsini həyata keçirir;
- Əməyin mühafizəsi, gigiyena qaydalarına əməl edilməsini təmin edir;
- Vəzifə öhdəliklərindən irəli gələn məlumatların məxfiliyini mühafizə etmək.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil ;
- Rəhbər vəzifədə 5 il iş təcrübəsi;
- Komandanın idarə edilməsi, Müştəriyönümlülük, Uyğunlaşma və çeviklik, Qərar vermə, Motivasiya və qətiyyətlilik səriştələri tələb olunur.
İş qrafiki:
- 5 günlük iş qrafiki;
- 09:00-18:00
İş yeri: Sumqayıt şəhəri
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir
Üstünlüklərimiz:
- Nahar ilə təmin edilmə
- Könüllü tibbi siğorta
- Korporativ nömrə və danışıq limiti
- Yanacaq limiti
- Amortizasiya xərci
- Nəqliyyat təminatı
Tələblərə cavab verən namizədlər öz CV-lərini “İstehsalat müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.