RAMMA

Şirkət haqqında:
Şirkətin missiyası: Müştərilərə dünya səviyyəli ağır texnika, ehtiyat hissələri və avadanlıq təqdim etməklə yanaşı, satışdan sonrakı texniki dəstək və xidmətlərlə onların etibarlı tərəfdaşı olmaq.
Hədəfi: Azərbaycan bazarında lider texnika təchizatçısı olaraq, innovativ həllər və yüksək xidmət keyfiyyəti ilə uzunmüddətli müştəri məmnuniyyətini təmin etmək.
Əlaqə vasitələri:
Tender assistenti
Namizədə olan tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması və ya oxşar sahələr üzrə)
- Tender qanunvericiliyi və prosedurları barədə əsas biliklər
- MS Office proqramları (xüsusilə Word və Excel) ilə sərbəst işləmək bacarığı
- Yüksək məsuliyyət və diqqətlilik
- Yaxşı ünsiyyət bacarığı və komandada işləmək qabiliyyəti
- İşdə təşəbbüskarlıq və vaxtı effektiv idarəetmə bacarığı
Üstünlük sayılacaq:
- Tender sahəsində ən azı 1 il iş təcrübəsi
- Elektron satınalma sistemlərindən istifadə bacarığı (məsələn, etender.gov.az)
- Ağır texnikalar və texniki sahə üzrə ümumi anlayış
Vəzifə funksiyaları:
- Dövlət və özəl sektorda elan olunan tenderlərin gündəlik monitorinqi
- Tender sənədlərinin hazırlanması və təqdim olunmasında iştirak
- Tender prosesinə uyğun olaraq tələb olunan sənədlərin (təklif məktubları, qiymət təklifləri, arayışlar və s.) düzgün tərtib olunması
- Müvafiq dövlət qurumları və təşkilatlarla yazışmaların aparılması
- Tenderin gedişi ilə bağlı daxili hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Tender nəticələrinin arxivləşdirilməsi və analiz edilməsi
İş şərtlərimiz:
- İş qrafiki: 5 gün;
- İş saatları: 08:30-17:30;
- Karyera inkişafı imkanları;
- Ünvan: Lökbatan Dairesi Salyan Şossesi
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tender üzrə assistent” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.