Sabah Investment Group

Mühasib, debitorlar üzrə
İş şəraiti:
- Layihə: Tikinti sektoru üzrə layihə
- İş yeri: Bakı şəhəri, Səbail rayonu
- İş rejimi: Tam ştat
Əsas Vəzifə Öhdəlikləri:
- Satışla bağlı ilkin uçot sənədlərinin, müqavilələrin yoxlanılması, hesab-fakturaların və E-qaimələrin tərtib olunması və göndərilməsi;
- İlkin və mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi;
- Debitor borclarının (avans və aylıq ödənişlər üzrə) izlənilməsi və təhlili;
- Müştərilərdən daxil olan pul vəsaitlərinin uçotunun aparılması və mühasibat uçotunda düzgün əks olunmasının təmin edilməsi;
- Pul vəsaitlərinin daxilolma prosedurlarına uyğunluğuna nəzarət edilməsi;
- 1C və Excel proqramlarında əməliyyatların daxil edilməsi və mütəmadi izlənməsi;
- Müştərilərlə ödənişlərlə bağlı koordinasiyanın aparılması və debitor borcların toplanması;
- Rəhbərlik tərəfindən tələb olunan hesabatların vaxtında və dəqiq hazırlanması.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- 1C və Microsoft Excel proqramları ilə yüksək səviyyədə işləmə bacarığı;
- İngilis dili biliyi (yaxşı səviyyədə), rus dili biliyi arzuolunandır;
- Tikinti və ya oxşar sahələrdə mühasibatlıq təcrübəsi üstünlükdür;
- Analitik düşüncə, dəqiqlik və vaxtında hesabat vermək bacarığı;
- Komanda ilə işləmə və ünsiyyət bacarığı.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.
Qeyd: Kişi namizədlərə üstünlük veriləcəkdir.