IMA Energy

Şirkət haqqında:
IMA Energy QSC 2009-cı ildə elektrik layihələndirmə sənayesinə yeni bir səviyyədə peşəkarlıq gətirmək məqsədi ilə yaradılmışdır. İxtisaslı və təcrübəli işçi heyəti ilə biz müştərilərin ehtiyaclarını hər zaman təmin etməyə borcluyuq. Sağlamlıq və təhlükəsizliyin müvafiq qanunvericiliyinə uyğun olaraq, mühəndislərimiz riskin qiymətləndirilməsinə uyğun olaraq həyata keçirilən bütün quraşdırma işləri ilə təlim keçmişdir. İMA Energy şirkəti həm iri, həm də, orta miqyaslı layihələrdə əməliyyat xidmətlərini göstərmişdir.
Əlaqə vasitələri:
Təchizat üzrə mütəxəssis
İş şəraiti:
- İş yeri: Ağdam şəhəri
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Vəzifə öhdəlikləri:
- Şirkətin layihələri üçün lazım olan material və avadanlıqların vaxtında və səmərəli şəkildə təmin olunması;
- Təchizat proseslərinin izlənməsi və müvafiq sənədləşmənin aparılması;
- Satınalma sifarişlərinin hazırlanması və təsdiq proseslərinin həyata keçirilməsi;
- Təchizatçı bazasının genişləndirilməsi və mövcud təchizatçılarla effektiv əməkdaşlığın qurulması;
- Qiymət təhlilləri aparmaq və uyğun təklifləri hazırlamaq;
- Müqavilələrin şərtlərinə nəzarət və icra prosesinin izlənməsi.
Namizədə tələblər:
- Təcrübə: Minimum 3 il
- Ali təhsil (iqtisadiyyat, mühəndislik və ya əlaqəli sahələr üzrə arzuolunandır);
- Təchizat və ya satınalma sahəsində minimum 3 il iş təcrübəsi;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı, ERP və digər təchizat proqramları
- Texniki sənədlərlə işləmək bacarığı;
- Analitik düşüncə və problemləri operativ həll etmə bacarığı;
- Komanda ilə işləmə və ünsiyyət bacarıqları;
- Ağdam şəhərində işləmək imkanı.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.