North West Construction

Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Həcm üzrə mühəndis (Mikrotunel layihəsi, Abşeron r.)
Vəzifə öhdəlikləri:
- Layihə sənədləri əsasında dizaynın və işin faktiki həcminin müəyyən edilməsi
- Tender sənədlərini hazırlamaq
- Tikintidə marketinq tədqiqatları
- Layihə sənədləri əsasında tikinti-quraşdırma işlərinin smeta dəyərini hesablamaq
- Materialların sərfiyyatının yoxlanılması
- Müəyyən iş növləri üçün smeta sənədlərinin hazırlanması, ekspertizası, təsdiqi
- Tikinti maşın və mexanizmlərinin istismarı xərclərini hesablamaq
- Layihə tələblərini müzakirə etmək üçün müştəri ilə görüşlərin aparılması
- Risklərinin müəyyən edilməsi
- Subpodratçılara işlərinin bölgüsü və nəzarəti
- Tikinti təşkilatında icra sənədlərinin aparılması qaydası
- Müqavilələrin hazırlanması və uçotu
- Tikinti-quraşdırma işlərinə qəbul aktlarını tərtib etmək
Tələblər:
- Ali təhsil (İnşaat Mühəndisliyi və ya Memarlıq fakültələri üzrə)
- Minimum 5 il iş təcrübəsi
- İngilis dilini bilənlərə üstünlük verilir
- Qanunvericiliyin və normativ hüquqi aktların tələblərini bilmək
- Tikinti-quraşdırma işlərinin əsas qrupları və növlərini bilmək
- MS Excel, AutoCad proqramlarını yaxşı bilmək və xüsusi proqramlardan istifadə etmək bacarığı
Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Həcm üzrə mühəndis (Abşeron r.)” başlığı ilə göndərməklə edə bilərsiniz.